Bakı
7.03° Aydın hava
Non-Stop music
İndi Efirdə 17:05 - 18:05 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.9383 AZN

Azərbaycanın Baş naziri Türkiyənin vitse-prezidentinə məktub göndərib

Azərbaycanın Baş naziri Türkiyənin vitse-prezidentinə məktub göndərib

Baş nazir Əli Əsədov Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Türkiyənin vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir məktubunda bildirib: “Müstəqillik tariximizdə diplomatik əlaqələr yaratdığımız ilk dövlət olan Türkiyə ilə Azərbaycanı dərin tarixi kökləri, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən irəli gələn sarsılmaz dostluq və qardaşlıq münasibətləri birləşdirir. Bu möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimiz ötən dövrdə böyük inkişaf yolu keçərək xüsusilə də son illər ərzində dövlət başçılarımızın qətiyyətli səyləri ilə dayanıqlı strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək səviyyəsinə çatıb”.

Məktubda vurğulanıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı bütün dünya buna bir daha əmin oldu. Zəfər yürüşünün ilk günlərindən Azərbaycana göstərilən siyasi-mənəvi dəstəyə görə qardaş Türkiyə tərəfinə minnətdarlıq bildirilib, Azərbaycanın da öz növbəsində bütün məsələlərdə daim Türkiyənin yanında olduğunu vurğulanıb.

2021-ci il 15 iyun tarixində imzalanmış Şuşa Bəyannaməsi ilə yeni mərhələyə qədəm qoyan Azərbaycan-Türkiyə müttəfiqlik, dostluq və qardaşlıq münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq daha da möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində birgə addımların atılmasına hazırlıq ifadə olunub.

Ən son xəbərlər

Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışı olub

Azərbaycanın bir qrup ictimai xadimi Fransa Prezidentinə müraciət edib

Azad edilən ərazilərdə yeni hərbi obyektlər istifadəyə verilib

İmtiyazlı şəxslər azad edilmiş ərazilərə avtobuslarla pulsuz gedə biləcək

Bakıdan Şuşa və Ağdama avtobus səfərlərinin qrafiki və qiymətləri açıqlanıb

Azad edilmiş ərazilərə marşrut avtobuslarının hərəkət cədvəli açıqlanıb

Azərbaycan neftinin qiyməti 90 dollara yaxınlaşıb

BMT QAK Azərbaycana beynəlxalq hüquqa hörmətlə yanaşdığına görə təşəkkür edib

Ruslar Ermənistandan qanunsuz gələnləri də Amaras məbədinə APARDILAR

Almaniya XİN başçısı Moskva səfəri zamanı əsas məqsədini açıqlayıb

ABŞ səfiri: “Heç bir ölkənin NATO-ya üzvlüklə bağlı qərarlara təsir etmək haqqı yoxdur”

Möhsün Nağısoylu: ""Hörümçək" sözü lüğətdən təsadüfən çıxarılıb"

Azad olunmuş ərazilərə marşrut avtobuslarını polis müşayiət edəcək

Azərbaycanda əhalinin 54 faizi peyvənd olunub

Parlamentin komitə iclasları başladı

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün şərtləri açıqlayıb

Britaniya Ukraynaya tank əleyhinə silahların tədarükünə başlayıb

DİN Katibliyinin rəisi vəzifəsinə yeni təyinat olub - EKSKLÜZİV

Səlcuq Bayraktar: "Biz torpaqlarımızı geri aldıq və bununla da qürur duyuruq"

Prezident məhkəmə hakimləri ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib

ANAMA mina təhlükəsi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib