Bakı
5.03° Aydın hava
Non-Stop music
İndi Efirdə 16:05 - 17:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.9383 AZN

Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu göndərib

Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu göndərib

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Sizi və qardaş Türkiyə xalqını Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.

14 yanvar 1992-ci ildə qardaş Türkiyə ilə diplomatik əlaqələrin yaradılması Azərbaycan Respublikasının tarixində əlamətdar hadisə olmuşdur. XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmuş Azərbaycanın ilk olaraq Türkiyə tərəfindən tanınması və sonra da diplomatik münasibətlərin qurulması əsl qardaşlıq və həmrəylik nümunəsi kimi xalqımızın milli yaddaşına əbədi olaraq həkk olunmuşdur.

Böyük fərəh hissi ilə qeyd etmək istəyirəm ki, ötən dövr ərzində Azərbaycan-Türkiyə münasibətləri möhtəşəm inkişaf yolu keçmişdir. Ölkələrimiz tarixi sınaqlardan şərəflə və başıuca çıxaraq “Bir millət iki dövlət” şüarının ruhuna sadiqliyini təsdiq etmiş, onu yaşatmışdır.

Xalqlarımızın əsrlərdən-əsrlərə keçən birliyi, qardaşlığı və dostluğu kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz bu gün özünün ən yüksək səviyyəsindədir. Qardaş ölkələrimizin istər siyasi, iqtisadi, ticari, mədəni, enerji, hərbi, texnoloji və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı, istərsə də beynəlxalq təsisatlar çərçivəsində uğurlu iş birliyi bizi sevindirir. Gerçəkləşdirdiyimiz nəhəng enerji, nəqliyyat, infrastruktur layihələri ortaq təşəbbüslərimizin və birgə səylərimizin real təntənəsidir. İkitərəfli əməkdaşlıq zəminində əldə etdiyimiz misilsiz nailiyyətlər ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına, regionumuzda əmin-amanlığın və sabitliyin bərqərar olmasına töhfə verir.

Keçən ilin iyununda bütün Türk dünyasının qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması sarsılmaz birliyimizi bir daha təsdiq edən mühüm tarixi addım idi. Bu sənəd Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının konseptual istiqamətlərini müəyyən edərək, gələcək müştərək müvəffəqiyyətlərimizə yol açan yeni mərhələnin əsasını qoymuşdur.

Əziz Qardaşım,

Dünyada bərabəri olmayan, dostluq və qardaşlığın ən gözəl nümunəsi olan Azərbaycan-Türkiyə münasibətlərinin, müttəfiqliyinin inkişafı və möhkəmlənməsində Sizin xidmətləriniz əvəzsizdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı hər zaman ortaya qoyduğunuz qəti və birmənalı mövqe, haqq işimizə verdiyiniz tərəddüdsüz dəstək bizi daim ruhlandırır və əlavə güc verirdi. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsinin ilk saatlarından son dəqiqələrinə qədər şəxsən Sizin, Türkiyə Respublikasının, qardaş xalqınızın nümayiş etdirdiyi mənəvi dəstəyi, həmrəyliyi heç zaman unutmayacaq. Bu gün də işğaldan azad edilmiş torpaqların əsaslı yenidənqurulması və bərpası işlərində Türkiyə ilə çiyin-çiyinə bir yerdə irəliləməyimiz böyük məmnunluq doğurur. Biz də öz növbəmizdə hər zaman bütün məsələlərdə qardaş Türkiyənin yanında olmağa davam edəcəyik.

Əminəm ki, bu günün reallığı və xalqlarımızın qürur mənbəyi olan nümunəvi Azərbaycan-Türkiyə birliyi və qardaşlığı gələcək nəsillərə strateji yol xəritəsi, əbədi və sarsılmaz miras olaraq qalacaqdır.

Sizi bu əlamətdar tarixi ildönümü münasibətilə bir daha səmimiyyətlə təbrik edir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Ən son xəbərlər

Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışı olub

Azərbaycanın bir qrup ictimai xadimi Fransa Prezidentinə müraciət edib

Azad edilən ərazilərdə yeni hərbi obyektlər istifadəyə verilib

İmtiyazlı şəxslər azad edilmiş ərazilərə avtobuslarla pulsuz gedə biləcək

Bakıdan Şuşa və Ağdama avtobus səfərlərinin qrafiki və qiymətləri açıqlanıb

Azad edilmiş ərazilərə marşrut avtobuslarının hərəkət cədvəli açıqlanıb

Azərbaycan neftinin qiyməti 90 dollara yaxınlaşıb

BMT QAK Azərbaycana beynəlxalq hüquqa hörmətlə yanaşdığına görə təşəkkür edib

Ruslar Ermənistandan qanunsuz gələnləri də Amaras məbədinə APARDILAR

Almaniya XİN başçısı Moskva səfəri zamanı əsas məqsədini açıqlayıb

ABŞ səfiri: “Heç bir ölkənin NATO-ya üzvlüklə bağlı qərarlara təsir etmək haqqı yoxdur”

Möhsün Nağısoylu: ""Hörümçək" sözü lüğətdən təsadüfən çıxarılıb"

Azad olunmuş ərazilərə marşrut avtobuslarını polis müşayiət edəcək

Azərbaycanda əhalinin 54 faizi peyvənd olunub

Parlamentin komitə iclasları başladı

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün şərtləri açıqlayıb

Britaniya Ukraynaya tank əleyhinə silahların tədarükünə başlayıb

DİN Katibliyinin rəisi vəzifəsinə yeni təyinat olub - EKSKLÜZİV

Səlcuq Bayraktar: "Biz torpaqlarımızı geri aldıq və bununla da qürur duyuruq"

Prezident məhkəmə hakimləri ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib

ANAMA mina təhlükəsi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib