Bakı
5.03° Aydın hava
Non-Stop music
İndi Efirdə 16:05 - 17:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.9383 AZN

Formula 1 Azərbaycanın keçiriləcəyi tarix məlum oldu

Formula 1 Azərbaycanın keçiriləcəyi tarix məlum oldu

Formula 1 Azərbaycan Qran Prisi 2022-nin keçiriləcəyi tarix məlum olub.

 

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata görə, Bakıda baş tutacaq altıncı Formula 1 yarışı 10-12 iyun 2022-ci il tarixlərinə təsadüf edəcək.

 

Bununla bağlı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) yeni Formula 1 mövsümü üçün könüllülərin qeydiyyatına start verib.

 

10-12 iyun 2022-ci il tarixlərində Bakıda baş tutacaq altıncı Formula 1 yarışı üçün könüllülərin qeydiyyatına rəsmi olaraq start verilib. Könüllülər proqramına müraciət üçün azı 16 yaşında olmaq, ingilis dilini əla dərəcədə bilmək (əlavə xarici dil bilənlərə üstünlük veriləcək), böyük həvəs və əzmkarlığa sahib olmaq tələb olunur. Müraciət etmək istəyənlər //volunteers.bakucitycircuit.com linkinə daxil olaraq könüllü kimi qeydiyyatdan keçə bilərlər.

 

Qeyd edək ki, proqrama tələb hər ötən il artdığından və yerlər məhdud olduğundan seçim zamanı ən yaxşı namizədlərə üstünlük veriləcək. Seçim mərhələlərindən uğurla keçən hər bir könüllü insan resursları, işçi qüvvəsi, media əməliyyatları, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, marşal klubu əməliyyatları, inzibati əməliyyatlar, hava limanı əməliyyatları və digər zəruri istiqamətlərdən birinə yönləndiriləcək.

 

Bir qayda olaraq, əməliyyat şirkəti könüllülərin yarışlara yüksək hazırlığı ilə yanaşı onların şəxsi inkişafına da xüsusi diqqət göstərir. Belə ki, bu istiqamətdə könüllülər üçün müxtəlif təlim, seminar və danışıq klubları təşkil olunacaq. Burada əsas məqsəd könüllülərdə komanda ruhunu artırmaqla yanaşı onlarda kollektivlə işləmək bacarığını inkişaf etdirməkdir.

Ən son xəbərlər

Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışı olub

Azərbaycanın bir qrup ictimai xadimi Fransa Prezidentinə müraciət edib

Azad edilən ərazilərdə yeni hərbi obyektlər istifadəyə verilib

İmtiyazlı şəxslər azad edilmiş ərazilərə avtobuslarla pulsuz gedə biləcək

Bakıdan Şuşa və Ağdama avtobus səfərlərinin qrafiki və qiymətləri açıqlanıb

Azad edilmiş ərazilərə marşrut avtobuslarının hərəkət cədvəli açıqlanıb

Azərbaycan neftinin qiyməti 90 dollara yaxınlaşıb

BMT QAK Azərbaycana beynəlxalq hüquqa hörmətlə yanaşdığına görə təşəkkür edib

Ruslar Ermənistandan qanunsuz gələnləri də Amaras məbədinə APARDILAR

Almaniya XİN başçısı Moskva səfəri zamanı əsas məqsədini açıqlayıb

ABŞ səfiri: “Heç bir ölkənin NATO-ya üzvlüklə bağlı qərarlara təsir etmək haqqı yoxdur”

Möhsün Nağısoylu: ""Hörümçək" sözü lüğətdən təsadüfən çıxarılıb"

Azad olunmuş ərazilərə marşrut avtobuslarını polis müşayiət edəcək

Azərbaycanda əhalinin 54 faizi peyvənd olunub

Parlamentin komitə iclasları başladı

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün şərtləri açıqlayıb

Britaniya Ukraynaya tank əleyhinə silahların tədarükünə başlayıb

DİN Katibliyinin rəisi vəzifəsinə yeni təyinat olub - EKSKLÜZİV

Səlcuq Bayraktar: "Biz torpaqlarımızı geri aldıq və bununla da qürur duyuruq"

Prezident məhkəmə hakimləri ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib

ANAMA mina təhlükəsi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib