Bakı-Gəncə-Bakı dəmir yolu xəttinə əlavə qatar buraxılır

Bakı-Gəncə-Bakı dəmir yoluna əlavə qatar təyin edilir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən bildirilib ki, məqsəd Dövlət Bayrağı Günü münasibətilə Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etməkdir. Noyabrın 9-da bir istiqamətə təyin olunan 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı saat 08:45-də Bakıdan yola düşəcək və saat 13:00-da Gəncəyə çatacaq.
Noyabrın 11-də isə Bakıdan və Gəncədən 704/703 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı iki istiqamətə təyin edilir. Saat 08:45-də Bakıdan yola düşəcək qatar saat 13:00-da Gəncədə olacaq. Saat 17:00-da isə Gəncədən əks istiqamətə hərəkət edəcək, saat 21:15-də Bakıya çatacaq.
Ən son xəbərlər

Tramp impiçmentlə bağlı sorğunun nəticələri ilə razılaşmayıb

Ərdoğan AVRO-2020-nin oyunlarını izləmək üçün Bakıya gələcək

Alimlər Antarktikada Yerlə bağlı təsəvvürləri dəyişdirəcək fenomen aşkarlayıb

Boris Conson “Brexit”in gələn ilin yanvarın 31-dək baş tutacağına söz verib

Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib

BBC Beren Saatı məsləhət görür

ABŞ Prezidenti Qreta Tunberqin ilin adamı seçilməsini tənqid edib

Türkiyə Prezident Administrasiyası: ABŞ Senatından keçən qondarma "erməni soyqırımı" ilə bağlı qətnamə layihəsi ikitərəfli əlaqələrin gələcəyini təhlükə altına alır
