Bakı
12° Buludlu
Non-Stop music
İndi Efirdə 20:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8701 AZN

Bu ölkədə uşaqların video oyunlar oynaması qadağan olunub

Bu ölkədə uşaqların  video oyunlar oynaması qadağan olunub

Çin hökuməti uşaqların video oyunlara mübtəla olmasından ehtiyat etdiyindən, onların oyun oynamasına məhdudiyyət tətbiq edib.

Hökumətin rəsmi qaydaları ölkə ərazisizində fəaliyyət göstərən bütün oyun platformalarında, xüsusilə dünyanın ən böyük oyun platforması olan "Tencent"də tətbiq ediləcək.

Yeni tənzimləmələrə görə, 18 yaşdan aşağı şəxslərə 22:00 və 8:00 arasında oyun oynamaq qadağan olunub. Həftəiçi azyaşlılar ancaq 90 dəqiqə oyun oynaya bilərlər, həftəsonları və bayramlarda isə 3 saat oyun oynamalarına icazə verilib.

Tənzimləmələr həmçinin azyaşlıların özlərinin oyun hesablarına pul transfer etmələrinə də məhdudiyyət qoyur. 8-16 yaşlı şəxslər ayda ən çox 200 yuan (29 dollar) yükləyə bilərlər, 16-18 yaşlılar üçün maksimum rəqəm 400 yuandır (57 dollar).

Çin dünyanın ən böyük oyun bazarırıdır. 2018-ci ildə Çində oyundan ümumi qazanc 38 milyard dollar olub.