Bakı
7.03° Aydın hava
AXŞAMALTI
İndi Efirdə 18:05 - 20:00 ŞƏHRİYAR və ƏLƏKBƏRİN təqdimatında
USD - 1.7 AZN
EUR - 1.9383 AZN

Heydər Əliyev Fondu Müqəddəs Məryəm katolik kilsəsində bərpa işlərini başa çatdırıb

Heydər Əliyev Fondu Müqəddəs Məryəm katolik kilsəsində bərpa işlərini başa çatdırıb

Heydər Əliyev Fondu Bakı şəhərindəki Müqəddəs Məryəm katolik kilsəsində aparılan cari təmir-bərpa işlərini başa çatdırıb.

Fonddan verilən məlumata görə, yüzlərlə katolikin ibadət etdiyi kilsədəki bərpa işləri zamanı hidroizolyasiya təmin olunmaqla dam örtüyü əsaslı təmir olunub.

Qeyd edək ki, kilsə 1912-ci ildə inşa edilib. Bolşeviklər hakimiyyətə gəldikdən sonra 1934-cü ildə bir çox dini abidələr kimi, bu kilsə də dağıdılmışdı. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin göstərişi ilə dini məbədə ehtiyac duyan katoliklər üçün Bakıda yeni kilsənin inşa edilməsi məqsədilə ərazi ayrılmışdı. Müqəddəs Məryəm katolik kilsəsi 2008-ci ilin mart ayından istifadəyə verilib.

Heydər Əliyev Fondu və Roma Katolik dini icması arasındakı əməkdaşlıqdan irəli gələrək Fond tərəfindən 2008-ci ilin sentyabrında katolik kilsənin asma tavan şüşələri dini mövzuda və klassik vitraj texnikasında işlənmiş bədii şüşələrlə əvəz edilib, eyni zamanda məbədin fasadında keramik panno yerləşdirilmişdi.

Xatırladaq ki, Heydər Əliyev Fondu və Roma Katolik dini icması arasındakı Anlaşma Memorandumu müəyyənləşdirilmiş sahələr üzrə inkişaf, yenidənqurma layihələrinin gerçəkləşdirilməsi, sosial və dini təyinatlı obyektlərə yardımla yanaşı, Azərbaycanda məskunlaşan xalqların etnomədəni inkişafına yönələn tədbirlərin həyata keçirilməsini də nəzərdə tutur.

Ən son xəbərlər

Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışı olub

Azərbaycanın bir qrup ictimai xadimi Fransa Prezidentinə müraciət edib

Azad edilən ərazilərdə yeni hərbi obyektlər istifadəyə verilib

İmtiyazlı şəxslər azad edilmiş ərazilərə avtobuslarla pulsuz gedə biləcək

Bakıdan Şuşa və Ağdama avtobus səfərlərinin qrafiki və qiymətləri açıqlanıb

Azad edilmiş ərazilərə marşrut avtobuslarının hərəkət cədvəli açıqlanıb

Azərbaycan neftinin qiyməti 90 dollara yaxınlaşıb

BMT QAK Azərbaycana beynəlxalq hüquqa hörmətlə yanaşdığına görə təşəkkür edib

Ruslar Ermənistandan qanunsuz gələnləri də Amaras məbədinə APARDILAR

Almaniya XİN başçısı Moskva səfəri zamanı əsas məqsədini açıqlayıb

ABŞ səfiri: “Heç bir ölkənin NATO-ya üzvlüklə bağlı qərarlara təsir etmək haqqı yoxdur”

Möhsün Nağısoylu: ""Hörümçək" sözü lüğətdən təsadüfən çıxarılıb"

Azad olunmuş ərazilərə marşrut avtobuslarını polis müşayiət edəcək

Azərbaycanda əhalinin 54 faizi peyvənd olunub

Parlamentin komitə iclasları başladı

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün şərtləri açıqlayıb

Britaniya Ukraynaya tank əleyhinə silahların tədarükünə başlayıb

DİN Katibliyinin rəisi vəzifəsinə yeni təyinat olub - EKSKLÜZİV

Səlcuq Bayraktar: "Biz torpaqlarımızı geri aldıq və bununla da qürur duyuruq"

Prezident məhkəmə hakimləri ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib

ANAMA mina təhlükəsi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib