Bakı
7.03° Aydın hava
Non-Stop music
İndi Efirdə 17:05 - 18:05 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.9383 AZN

Laçın rayonunda hərbi və mülki təyinatlı obyektlərin su təchizatı təmin edilib

Laçın rayonunda hərbi və mülki təyinatlı obyektlərin su təchizatı təmin edilib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti işğaldan azad edilmiş ərazilərdə su təchizatı sistemlərinin bərpası və yenidən qurulması istiqamətində işləri davam etdirir.

“Azərsu” ASC-dən verilən məlumata görə, işğaldan azad olunmuş Laçın rayonunda təxirəsalınmaz tədbirlər görülərək hərbi və mülki təyinatlı obyektlərin su təchizatı təmin edilib.

 

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə, Laçın rayonu işğaldan azad olunduqdan sonra operativ şəkildə içməli su təchizatı sistemlərinin bərpasına başlanılıb. Rayon ərazisində xidməti vəzifələrini yerinə yetirən şəxsi heyətin, eləcə də tikinti-quraşdırma işlərinə cəlb olunmuş mülki əhalinin dayanıqlı içməli su təminatı məqsədilə su mənbələri, magistral kəmərlər və anbarlarda zəruru işlər görülür.

Laçın rayonundakı içməli su mənbələri işğal dövründə istifadəyə yararsız vəziyyətə salındığından “Azərsu” ASC-nin mütəxəssisləri tərəfindən mənbələrə baxış keçirilib və yaşayış məntəqələrinə bulaqlardan suyun verilməsi qərara alınıb. Su mənbələrindən götürülən analizlər müsbət nəticələr verib. Bulaqlardan yaşayış olan obyektlərə ümumilikdə 13 km uzunluğunda müxtəlif diamtelri su xətləri çəkilib və ərazidə fəaliyyət göstərən obyektlər dayanıqlı içməli su ilə təmin olunub. Eyni zamanda zərurət yarandıqda maşınlarla suyun daşınmasının təmin etmək üçün 3 nöqtədə sudoldurucu qüllələr qiuraşdırılıb. Hazırda Kəlbəcər Sukanal Sahəsi tərəfindən Laçın rayonuna xidmət göstərilir.

Qeyd edək ki, “Azərsu” ASC tərəfindən Laçın rayonu ilə yanaşı, Şuşa və Kəlbəcər şəhərlərində, Hadrut, Talış və Suqovuşan qəsəbələrində də fasiləsiz xidmət təşkil olunub.

Ən son xəbərlər

Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışı olub

Azərbaycanın bir qrup ictimai xadimi Fransa Prezidentinə müraciət edib

Azad edilən ərazilərdə yeni hərbi obyektlər istifadəyə verilib

İmtiyazlı şəxslər azad edilmiş ərazilərə avtobuslarla pulsuz gedə biləcək

Bakıdan Şuşa və Ağdama avtobus səfərlərinin qrafiki və qiymətləri açıqlanıb

Azad edilmiş ərazilərə marşrut avtobuslarının hərəkət cədvəli açıqlanıb

Azərbaycan neftinin qiyməti 90 dollara yaxınlaşıb

BMT QAK Azərbaycana beynəlxalq hüquqa hörmətlə yanaşdığına görə təşəkkür edib

Ruslar Ermənistandan qanunsuz gələnləri də Amaras məbədinə APARDILAR

Almaniya XİN başçısı Moskva səfəri zamanı əsas məqsədini açıqlayıb

ABŞ səfiri: “Heç bir ölkənin NATO-ya üzvlüklə bağlı qərarlara təsir etmək haqqı yoxdur”

Möhsün Nağısoylu: ""Hörümçək" sözü lüğətdən təsadüfən çıxarılıb"

Azad olunmuş ərazilərə marşrut avtobuslarını polis müşayiət edəcək

Azərbaycanda əhalinin 54 faizi peyvənd olunub

Parlamentin komitə iclasları başladı

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün şərtləri açıqlayıb

Britaniya Ukraynaya tank əleyhinə silahların tədarükünə başlayıb

DİN Katibliyinin rəisi vəzifəsinə yeni təyinat olub - EKSKLÜZİV

Səlcuq Bayraktar: "Biz torpaqlarımızı geri aldıq və bununla da qürur duyuruq"

Prezident məhkəmə hakimləri ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib

ANAMA mina təhlükəsi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib