Bakı
8.03° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 08:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.9208 AZN

“Karabakh Memorial” internet resursunun təqdimatı olub

“Karabakh Memorial” internet resursunun təqdimatı olub

Vətən müharibəsində həlak olan mülki əhalinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan “Karabakh Memorial” internet resursu təqdim edilib.

 “Karabakh Memorial” internet resursu Qarabağ Dirçəliş Fondu tərəfindən ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın olduğu “Karabakh center” layihəsi çərçivəsində Vətən müharibəsi zamanı beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistan Silahlı Qüvvələri tərəfindən mülki əhaliyə qarşı törədilən terrorun nəticələrini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə yaradılıb.

Tədbirdə Qarabağ Dirçəliş Fondunun İcraçı direktoru Rəhman Hacıyev, Ombudsman Səbinə Əliyeva, Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, digər şəxslər iştirak edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, bütün dünya erməni təcavüzü və cinayətlərinin şahididir: “Azərbaycan dövləti öz xalqının, ordusunun və Prezidentinin gücü ilə bu münaqişəyə son qoydu. Belə münaqişələrin yalnız sülh yolu ilə həll olunması ilə bağlı nağılların qarşısına Azərbaycan reallığı qoyuldu”.

Ombudsman Səbinə Əliyeva isə müharibə nəticəsində uşaqların pozulmuş hüquqlarından bəhs edib. O, beynəlxalq ictimaiyyəti Ermənistan silahlı qüvvələrinin təcavüzündən əziyyət çəkən mülki insanların hüquqlarının pozulmasına reaksiya verməyə çağırıb.

Tədbirdə Qarabağ Dirçəliş Fondunun icraçı direktoru Rəhman Hacıyev “Karabakh Memorial” internet resursu barədə məlumat verib, bildirib ki, Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər unudulmamalıdır: “Bunu beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Bu istiqamətdə bu gün təqdim edilən layihə sonuncu olmayacaq”.

XİN sözçüsü Leyla Abdullayeva erməni təcavüzü ilə bağlı Azərbaycanın Ermənistana qarşı beynəlxalq məhkəmələrdə qaldırdığı iddialar barədə danışıb.

Türkiyəli jurnalist Fulya Öztürk tədbirə videomesaj göndərib, bildirib ki, fəaliyyətinin ən çətin illəri Azərbaycanda olduğu müddətə təsadüf edir: “İş həyatımın ən unudulmayacaq günlərini Azərbaycanda yaşadım. Azərbaycandakı uşaqların qətl edildiyi anların ağrısını hələ də yaşayıram. Bu məsum uşaqların qatili Ermənistandır”.

Sonra “Karabakh Memorial” internet resursunun təqdimat videosu yayımlanıb.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin döyüş bölgələrindən uzaqda yerləşən şəhər və qəsəbələrimizdə yaşayan dinc əhaliyə qarşı tətbiq etdiyi hərbi cinayətlər nəticəsində ümumilikdə 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub.

Ən son xəbərlər

Azərbaycan və Ukrayna XİN başçılarının görüşü olub

Aİ nümayəndəsi: "Azərbaycan və Ermənistanla müzakirələri davam etdiririk"

DSX rəhbərliyi helikopter qəzasında həlak olmuş zabitin məzarını ziyarət edib - FOTO

Xocavənddə Azərbaycan hərbçisinə hücum edən erməni zərərsizləşdirilib

ABŞ yüzlərlə YPG/PKK terrorçusuna təlim keçir

Azərbaycan Türkiyədən yeni hərbi təyyarə alıb

"Boeing 737 MAX" təyyarələri bu il Çində uçuşları bərpa edə bilər

Azərbaycanın gələn ilin dövlət büdcəsinə edilən dəyişikliklər açıqlanıb - SİYAHI

Mir Cəlal Paşayevin əsəri əsasında film çəkilib

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sabah ilin sonuncu Günəş tutulması baş verəcək

15 yaşı tamam olmamış Azərbaycan vətəndaşlarına şəxsiyyət vəsiqəsi veriləcək

Şənbə gününün hava proqnozu açıqlanıb

Azərbaycan Prezidenti hökumətə ordu quruculuğunun gücləndirilməsini tapşırıb

Baş nazir: “Sosial inkişaf layihəsi Prezident İlham Əliyevə təqdim edilib”

Türkiyə DİN Ermənistanla sərhəddə antiterror əməliyyat keçirir

Şəhid ailələrinə verilən maddi yardımın 20 min manatadək hissəsi vergidən azad edilir

Vətən müharibəsi iştirakçılarına güzəştlərin edilməsi barədə layihə təsdiqlənib

Ehtiyac meyarının həddi 200 manat müəyyən olunub

Yaşayış minimumunun həddi 210 manata qaldırılıb

DSX rəisi helikopter qəzasında yaralanan sərhədçilərə baş çəkib