Bakı
17.03° Buludlu
Non-Stop music
İndi Efirdə 20:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.9811 AZN

Azərbaycanda e-ticarətin inkişafı üçün yeni imkanlar yaradılacaq

Azərbaycanda e-ticarətin inkişafı üçün yeni imkanlar yaradılacaq

Azərbaycanda elektron ticarətin (e-ticarət) inkişafı üçün bu ilin sonunadək yeni imkanlar yaradılacaq.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və rəqəmsal inkişaf şöbəsinin rəhbəri Rəşad Əzizov deyib.

Onun sözlərinə görə, bu imkanlar e-kommersiya və elektron logistika vasitəsilə ixrac prosedurlarını sadələşdirməyə, sərhəd gecikmələrini azaltmağa, əməliyyatların şəffaflığını və təhlükəsizliyini artırmağa, saxtakarlıqdan qaynaqlanan inzibati xərcləri və itkiləri azaltmağa, həmçinin rəqəmsal iqtisadiyyatda daha təkmil rəqabətliliyin təmin edilməsinə zəmin yaradacaq.

“Azərbaycan Avropa ittifaqının EU4Digital təşəbbüsündə fəal iştirak edir. Bu təşəbbüsün məqsədi Aİ-nin Vahid Rəqəmsal Bazarını Şərq Tərəfdaşlığı ölkələrinə doğru genişləndirmək və iqtisadiyyatı inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, insanların həyatını yaxşılaşdırmaq və biznesi dəstəkləmək üçün rəqəmsal iqtisadiyyatın və cəmiyyətin potensialını artırmaqdır. Hazırda geniş miqyasda “virtual anbar” həllinin icrası üçün tövsiyələr hazırlanır”, - deyə R. Əzizov qeyd edib.

Qeyd edək ki, “Virtual anbar”lar gömrük, idxal rüsumları, nəqliyyat və qida təhlükəsizliyi sənədləşmələri üçün lazımı məlumatları real vaxt rejimində avtomatik olaraq yaradır, alıcılar isə aldığı məhsulu onlayn şəkildə izləmək imkanı əldə edirlər.

Hazırda Avropa İttifaqının EU4Digital təşəbbüsü tərəfindən e-ticarət həllərini tətbiq etmək üçün üç Şərq Tərəfdaşlığı ölkəsində - Azərbaycan, Gürcüstan və Ermənistanda Aİ və Şərq Tərəfdaşlığı regionu arasında elektron kommersiyanı inkişaf etdirmək üçün pilot layihəyə start verilib. Layihə çərçivəsində qeyd olunan ölkədən Almaniyaya məhsul ixrac əməliyyatları aparılıb. Pilot layihə çərçivəsində pərakəndə satıcılar, bazarlar, çatdırılma operatorları və gömrük orqanları arasında sərhədlərarası məlumatların avtomatik və elektron şəkildə mübadiləsi üçün iştirakçı ölkələrin hər birində satıcıların öz məhsulları haqqında əsas məlumatları saxlaya biləcəyi “virtual anbarlar”ı sınaqdan keçirməyi hədəfləyir.

Qeyd edək ki, Aİ hazırda elektron ticarət üçün yeni qaydaları (e-ticarətdə ƏDV paketləri - 2021) təqdim etməkdədir. Pilot layihənin məqsədi həmçinin Şərq Tərəfdaşlığı ölkələrində e-kommersiya iştirakçılarını bu yeni qaydalara və gələcəkdəki paralel dəyişikliklərə hazırlamaqdan ibarətdir.

“Artıq Aİ-də elektron kommersiya üzrə ƏDV paketinin tətbiqinə başlanılıb. Yeni qaydalar Aİ ölkələri ilə ticarətə təsir edir. Bu kimi layihələrin icrası Şərq Tərəfdaşlığı ölkələrində yeni sərhədlərarası qaydaların, həmçinin e-kommersiya standartlarının tətbiqinə imkan yaradacaq. Beləliklə, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri arasında sərhədlərarası ticarət artacaq”, - deyə R. Əzizov əlavə edib.

Ən son xəbərlər

Bu il 36 063 nikah və 11 313 boşanma halı qeydə alınıb

Prezident İlham Əliyev Slovakiyanın xarici işlər və Avropa nazirini qəbul edib

Azərbaycan əhalisinin sayı açıqlanıb

Ölkədə 1800-ə yaxın yeni iş yeri açılacaq - RƏSMİ

Sabah Moskvada Əfqanıstandakı vəziyyətlə bağlı görüş keçiriləcək

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası keçiriləcək

Ceyhun Bayramovla Slovakiyanın XİN başçısı arasında görüş başlayıb

Sahibə Qafarova sabah Yunanıstana gedəcək

Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

ABŞ-da həftəsonu barlarda atışmalarda 11 nəfər ölüb, onlarla insan yaralanıb

ASCO gəmiləri Baltik və Şimal dənizlərində yükdaşıma həyata keçirəcək

Ərdoğan Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

Ankarada Azərbaycan və Türkiyə parlament nümayəndə heyətlərinin görüşü olub

Yaponiya raket sınaqları ilə əlaqədar KXDR-ə etiraz edib

Azərbaycanda daha iki universitetdə tələbələr koronavirusa yoluxub, 14 qrup bağlanıb

On ölkənin səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb

Sahibə Qafarova: “Azərbaycan-Pakistan qardaşlığı əbədi davam edəcək”

Xəzərdə zəlzələ olub

Rusiya NATO ilə əməkdaşlığı dayandırır

Zakir Həsənov NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi ilə görüşüb