Bakı
17.03° Buludlu
Non-Stop music
İndi Efirdə 20:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.9811 AZN

Aeroport yolundakı qəzada yaralananların vəziyyəti açıqlanıb

Aeroport yolundakı qəzada yaralananların vəziyyəti açıqlanıb

Dünən aeroport yolunda baş verən ağır qəzada yaralananların son durumu açıqlanıb.

Kliniki Tibbi Mərkəzdən bildirilib ki, xəstəxanaya yerləşdirilən 3 nəfərin vəziyyəti stabildir, 1 nəfər isə reansimasiyadadır və vəziyyəti stabildir.

3 saylı Şəhər Klinik Xəstəxanasından da bildirilib ki, xəstəxanada olan 4 nəfər reanimasiyadadır, onlardan birinin vəziyyəti ağırdır. Travma alan 4 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.

Qeyd edək ki, dünən saat 6:40 radələrində aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində Bakı şəhər sakini Mahmud Əzizov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə paytaxt sakini Tahir Abdullayevin idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusunu vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xuidmətindən verilən məlumata görə, qəza nəticəsində yol kənarında dayanmış Bakı şəhər sakinləri - Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də, avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olub, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan 8-i ilkin tibbi yardım aldıqdan sonra evlərinə buraxılıb,17 nəfərin müalicəsi isə davam edir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü M.Əzizov həbs edilib.

Ən son xəbərlər

Bu il 36 063 nikah və 11 313 boşanma halı qeydə alınıb

Prezident İlham Əliyev Slovakiyanın xarici işlər və Avropa nazirini qəbul edib

Azərbaycan əhalisinin sayı açıqlanıb

Ölkədə 1800-ə yaxın yeni iş yeri açılacaq - RƏSMİ

Sabah Moskvada Əfqanıstandakı vəziyyətlə bağlı görüş keçiriləcək

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası keçiriləcək

Ceyhun Bayramovla Slovakiyanın XİN başçısı arasında görüş başlayıb

Sahibə Qafarova sabah Yunanıstana gedəcək

Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

ABŞ-da həftəsonu barlarda atışmalarda 11 nəfər ölüb, onlarla insan yaralanıb

ASCO gəmiləri Baltik və Şimal dənizlərində yükdaşıma həyata keçirəcək

Ərdoğan Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

Ankarada Azərbaycan və Türkiyə parlament nümayəndə heyətlərinin görüşü olub

Yaponiya raket sınaqları ilə əlaqədar KXDR-ə etiraz edib

Azərbaycanda daha iki universitetdə tələbələr koronavirusa yoluxub, 14 qrup bağlanıb

On ölkənin səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb

Sahibə Qafarova: “Azərbaycan-Pakistan qardaşlığı əbədi davam edəcək”

Xəzərdə zəlzələ olub

Rusiya NATO ilə əməkdaşlığı dayandırır

Zakir Həsənov NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi ilə görüşüb