Bakı
17.03° Buludlu
Non-Stop music
İndi Efirdə 20:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.9811 AZN

Balakən və Zaqatalada yağıntıların törətdiyi fəsadları aradan qaldırmaq üçün FHN qüvvələri və helikopter cəlb olunub

Balakən və Zaqatalada yağıntıların törətdiyi fəsadları aradan qaldırmaq üçün FHN qüvvələri və helikopter cəlb olunub

23 sentyabr 2021-ci il tarixində gecə saatlarından başlayaraq Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Balakən və Zaqatala rayonlarının sakinlərindən küləklə müşayiət olunan intensiv yağışların yağması və yaranan fəsadların aradan qaldırılması ilə əlaqədar müraciətlər daxil olub.

Bu barədə FHN-in yaydığı məlumatda bildirilib. Qəbul edilmiş müraciətlərlə əlaqədar olaraq, ilk növbədə, Fövqəladə Hallar Nazirliyi tərəfindən əməliyyat şəraitinin qiymətləndirilməsi aparılıb. Müəyyən olunub ki, intensiv yağan yağışlar nəticəsində Balakən, Katex, Mazım, Muxax və Tala çaylarında sululuq artıb, qısamüddətli daşqın və sel yaranıb, Balakən və Zaqatala rayonlarının bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb.

Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinə məxsus helikopter yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birgə xilasetmə, suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Ən son xəbərlər

Bu il 36 063 nikah və 11 313 boşanma halı qeydə alınıb

Prezident İlham Əliyev Slovakiyanın xarici işlər və Avropa nazirini qəbul edib

Azərbaycan əhalisinin sayı açıqlanıb

Ölkədə 1800-ə yaxın yeni iş yeri açılacaq - RƏSMİ

Sabah Moskvada Əfqanıstandakı vəziyyətlə bağlı görüş keçiriləcək

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası keçiriləcək

Ceyhun Bayramovla Slovakiyanın XİN başçısı arasında görüş başlayıb

Sahibə Qafarova sabah Yunanıstana gedəcək

Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

ABŞ-da həftəsonu barlarda atışmalarda 11 nəfər ölüb, onlarla insan yaralanıb

ASCO gəmiləri Baltik və Şimal dənizlərində yükdaşıma həyata keçirəcək

Ərdoğan Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

Ankarada Azərbaycan və Türkiyə parlament nümayəndə heyətlərinin görüşü olub

Yaponiya raket sınaqları ilə əlaqədar KXDR-ə etiraz edib

Azərbaycanda daha iki universitetdə tələbələr koronavirusa yoluxub, 14 qrup bağlanıb

On ölkənin səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb

Sahibə Qafarova: “Azərbaycan-Pakistan qardaşlığı əbədi davam edəcək”

Xəzərdə zəlzələ olub

Rusiya NATO ilə əməkdaşlığı dayandırır

Zakir Həsənov NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi ilə görüşüb