Bakı
17.03° Buludlu
Non-Stop music
İndi Efirdə 20:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.9811 AZN

Vətən Müharibəsinin daha 22 iştirakçısı polis orqanlarında xidmətə qəbul olunub - FOTO

Vətən Müharibəsinin daha 22 iştirakçısı polis orqanlarında xidmətə qəbul olunub - FOTO

Vətən Müharibəsinin daha 22 iştirakçısı polis orqanlarında xidmətə qəbul olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib. Məlumatda qeyd olunub ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlətin böyük önəm verdiyi prioritet sahələrdəndir. Yüksək mənəviyyata, iş keyfiyyətlərinə malik, bacarıqlı, fiziki cəhətdən sağlam gənclərin digər sahələrdə olduğu kimi daxili işlər orqanlarında da xidmətə qəbulu və irəli çəkilmələri DİN rəhbərliyi tərəfindən hər zaman diqqətdə saxlanılır.

Mütəmadi olaraq kütləvi informasiya vasitələrində, o cümlədən Daxili İşlər Nazirliyinin rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində polis orqanlarında xidmət etmək arzusunda gənclər üçün müsabiqələr təqdim edilir.

Sentyabrın 17-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun iştiraki ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı da bunun bariz nümunəsidir.

Şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşən sıra baxışında əvvəlcədən verilmiş elana uyğun olaraq, Nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 170 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 22 nəfəri torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən Vətən Müharibəsinin iştirakçıları olub.

General-polkovnik V.Eyvazov xidmətə qəbul ediləcək gənclərə polis adını və şərəfini daim uca tutmalarını, müasir informasiya texnologiyalarının sirrlərinə yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, onlarla ünsiyyətdə, rəftarda hər zaman yüksək mədəniyyət və təmkinlik nümayiş etdirmələrini, ədalətli, obyektiv və dürüst olmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edib.

Qeyd olunub ki, polis orqanlarında xidmət etmək arzusunda olan kişi cinsli vətəndaşlar üçün müsabiqələr davam edir. Müsabiqədə iştirak etmək istəyən şəxslər DİN-in rəsmi “mia.gov.az” saytına daxil olub “vətəndaşların nəzərinə” bölməsinə keçid edərək uyğun gəldikləri vakansiyaya daxil olmalı, orada yerləşdirilmiş elektron ərizə formasını doldurduqdan sonra “bki@mia.gov.az” ünvanına göndərməlidirlər. Müraciət qeydiyyata alındıqdan sonra Baş Kadrlar İdarəsinin əməkdaşları seçim turunun növbəti mərhələləri barədə onları məlumatlandıracaqlar.

Ən son xəbərlər

Bu il 36 063 nikah və 11 313 boşanma halı qeydə alınıb

Prezident İlham Əliyev Slovakiyanın xarici işlər və Avropa nazirini qəbul edib

Azərbaycan əhalisinin sayı açıqlanıb

Ölkədə 1800-ə yaxın yeni iş yeri açılacaq - RƏSMİ

Sabah Moskvada Əfqanıstandakı vəziyyətlə bağlı görüş keçiriləcək

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası keçiriləcək

Ceyhun Bayramovla Slovakiyanın XİN başçısı arasında görüş başlayıb

Sahibə Qafarova sabah Yunanıstana gedəcək

Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

ABŞ-da həftəsonu barlarda atışmalarda 11 nəfər ölüb, onlarla insan yaralanıb

ASCO gəmiləri Baltik və Şimal dənizlərində yükdaşıma həyata keçirəcək

Ərdoğan Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

Ankarada Azərbaycan və Türkiyə parlament nümayəndə heyətlərinin görüşü olub

Yaponiya raket sınaqları ilə əlaqədar KXDR-ə etiraz edib

Azərbaycanda daha iki universitetdə tələbələr koronavirusa yoluxub, 14 qrup bağlanıb

On ölkənin səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb

Sahibə Qafarova: “Azərbaycan-Pakistan qardaşlığı əbədi davam edəcək”

Xəzərdə zəlzələ olub

Rusiya NATO ilə əməkdaşlığı dayandırır

Zakir Həsənov NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi ilə görüşüb