Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 20:05 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.9961 AZN

Bakıda sərçələrin sayının azalmasının səbəbi açıqlanıb

Bakıda sərçələrin sayının azalmasının səbəbi açıqlanıb

AMEA-nın Zoologiya İnstitutu son aylarda insanların yaşadıqları ərazilərdə, o cümlədən şəhərlərdə, xüsusən də Bakı şəhərində dam sərçələrinin sayının azalması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

İnsititutun Tətbiqi Zoologiya Mərkəzinin aparıcı elmi işçisi, dosent Əbülfəz Tağıyev açıqlamasında Azərbaycanın təbii-coğrafi şəraitinin və quşların miqrasiya yolunun üzərində yerləşməsi onun ornitofaunasının zəngin olmasını təmin etdiyini qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinə aid 4 cins, 6 növ qeydə alınıb: "Ölkədə qeydə alınan 6 sərçə növündən dam sərçəsi ən çox insan məskulaşan yerlərdə - kəndlərdə, şəhərlərdə və s. rast gəlinir. İnsan yaşayışı olmayan yerləri dam sərçələri də tərk edirlər. Bakı şəhərində dam sərçəsinin sayı azalsa da, tez-tez rast gəlmək mümkündür. Onlar yay mövsümündə əsasən səhər və axşam saatlarında yaşıllığı çox olan, xüsusən kol tipli yaşıllıqlarda, tut, üzüm, əncir və s. olan yerlərdə kiçik qruplar halında görünür".

Mütəxəssis vurğulayıb ki, sərçələrin sayının azalmasına yuvalama yerlərinin sıradan çıxması, qidasının kəskin azalması, şəhər mühitinin ab-havası, boz qarğanın bu quşların yumurtalarını, ətcə balalarını məhv etməsi, pişiklərin hücumuna məruz qalmaları və s. öz təsirini göstərir: "Bu quşlarda ürək döyüntülərinin sayı bir dəqiqədə insanla müqayisədə 10 dəfədən çoxdur. Havada uçarkən isə bu döyüntülərin sayı daha da artır. Bəzən iri şəhərlərdə yüksək desibelli kəskin səslər bu quşların qan təzyiqinin qəfildən kəskin qalxmasına səbəb olmaqla məhvinə də gətirib çıxarır".

“Şəhərlərdə son zamanlar evlərin dam örtüklərində metal konstruksiyalardan daha çox istifadə edilməsi yuvalama yerlərini məhdudlaşdırır”, - deyən Ə.Tağıyev əlavə edib ki, metal dam örtükləri istidən çox qızdığından bu quşların dəmir konstruksiyalı örtüklərin altında və üzərində yuva qurmağı çətin olur.

Mütəxəssisin sözlərinə görə, sərçələr şəhərlərdə ətraf mühitin dəyişməsinə həssas olduqlarından bioindiqator rolunu oynayırlar: “Təbiətin ayrılmaz tərkib hissəsi kimi onları qorumaq hər birimizin borcudur. Unutmayaq ki, Yer planetinin ömrü burada yaşayan növlərin biomüxtəlifliyindən çox asılıdır. Növlərin sayı azaldıqca Yer planetinin ömrü də ona müvafiq olaraq azalır. Sərçələri şəhərimizdə tez-tez görürəm. Narahatlığa elə ciddi əsas yoxdur”.

Ən son xəbərlər

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edib

Ərdoğan Soçidə Putinlə danışıqlarda önəmli qərarlar veriləcəyinə ümid edir

Azərbaycan Ermənistana qarşı digər beynəlxalq məhkəmələrdə də vəsatət qaldıracaq

Sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunacaq

Suraxanıda avtomobil yollarının yenidən qurulmasına 6 milyon manat ayrılıb

Nobel mükafatları bu il laureatların yaşadığı ölkələrdə təqdim olunacaq

İran xarici işlər nazirinin müavini Ağdama səfər edib, Natəvanın ermənilər tərəfindən dağıdılmış məzarına baxıb

Balakən və Zaqatalada yağıntıların törətdiyi fəsadları aradan qaldırmaq üçün FHN qüvvələri və helikopter cəlb olunub

Xəzəri çirkləndirən istirahət mərkəzlərinin sahibləri cəzalandırılıb

Qırğızıstan da tədricən rus dilindən imtina edir

“YAŞAT” 9045 nəfəri öhdəliyə götürüb

Həmsədrlər Ceyhun Bayramov və Mirzoyanla görüşəcək

Ceyhun Bayramov: "Ermənistanın əsassız iddiaları bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət edir"

Ermənistanda pasport qıtlığı yaranıb

İƏT-in 15-ci Zirvə toplantısı və 25-ci Nazirlər Şurasının iclası keçiriləcək

Bakıda yarımstansiyada yanğın olub

Bakıda kəsilən ağacların yerinə yeniləri əkilib

Ukraynanın Ujqorod şəhəri Azərbaycan şəhəri ilə qardaşlaşmaq istəyir

XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində simfonik musiqisi axşamı keçirilib

MTN generalı və digərlərinə 835 min manatlıq iddia qaldırılıb