Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 20:05 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.9961 AZN

“YAŞAT” Fondu tərəfindən yeni tədris ilində 67 şəhid övladına dəstək göstərilib

“YAŞAT” Fondu tərəfindən yeni tədris ilində 67 şəhid övladına dəstək göstərilib

“YAŞAT” Fondu tərəfindən təhsil istiqaməti üzrə yeni tədris ilində 67 şəhid övladına dəstək göstərilib.

Fonddan verilən məlumata görə, 7 özəl təhsil müəssisəsi ilə yaradılmış əməkdaşlıq çərçivəsində imtahanda uğurlu nəticə əldə etmiş 37 şəhid övladı özəl təhsil müəssisələrində ödənişsiz kvota əsasında təhsil alacaq. Eyni zamanda, 7 şəhid övladı ödənişsiz kvota əsasında bağça və məktəbəqədər təhsil müəssisəsinə qəbul olunub. Bununla yanaşı özəl təhsil müəssisələrində ödənişli təhsil alacaq 30 şagirdin təhsil haqqı Fond tərəfindən qarşılanacaq.

“YAŞAT” Fondu tərəfindən reallaşdırılan xüsusi layihə çərçivəsində yeni tədris ilinin başlanması ilə əlaqədar bütün şəhidlərimizin məktəbli övladlarına dərs ləvazimatlarından ibarət hədiyyə qutuları çatdırılıb.

Hər bir hədiyyə qutusunda bir illik müddət üçün məktəbli ləvazimatları yer alıb.

Respublika ərazisini əhatə edən layihə çərçivəsində 800-dən çox hədiyyə qutusu hazırlanıb və aidiyyəti üzrə çatdırılıb.

Bundan başqa, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə bu günədək ali təhsil müəssisələrində təhsil alan 18 şəxsin təhsil haqqı Fond tərəfindən, 19 şəxsin təhsil haqqı isə Fondun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən qarşılanıb.

Xatırladaq ki, 2021-2022-ci dərs ilində Bakı şəhəri və digər regionlar üzrə 83-ü oğlan, 77-i isə qız olmaqla, ümumilikdə 160 şəhid övladı birinci sinifə başlayır.

Ən son xəbərlər

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edib

Ərdoğan Soçidə Putinlə danışıqlarda önəmli qərarlar veriləcəyinə ümid edir

Azərbaycan Ermənistana qarşı digər beynəlxalq məhkəmələrdə də vəsatət qaldıracaq

Sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunacaq

Suraxanıda avtomobil yollarının yenidən qurulmasına 6 milyon manat ayrılıb

Nobel mükafatları bu il laureatların yaşadığı ölkələrdə təqdim olunacaq

İran xarici işlər nazirinin müavini Ağdama səfər edib, Natəvanın ermənilər tərəfindən dağıdılmış məzarına baxıb

Balakən və Zaqatalada yağıntıların törətdiyi fəsadları aradan qaldırmaq üçün FHN qüvvələri və helikopter cəlb olunub

Xəzəri çirkləndirən istirahət mərkəzlərinin sahibləri cəzalandırılıb

Qırğızıstan da tədricən rus dilindən imtina edir

“YAŞAT” 9045 nəfəri öhdəliyə götürüb

Həmsədrlər Ceyhun Bayramov və Mirzoyanla görüşəcək

Ceyhun Bayramov: "Ermənistanın əsassız iddiaları bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət edir"

Ermənistanda pasport qıtlığı yaranıb

İƏT-in 15-ci Zirvə toplantısı və 25-ci Nazirlər Şurasının iclası keçiriləcək

Bakıda yarımstansiyada yanğın olub

Bakıda kəsilən ağacların yerinə yeniləri əkilib

Ukraynanın Ujqorod şəhəri Azərbaycan şəhəri ilə qardaşlaşmaq istəyir

XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində simfonik musiqisi axşamı keçirilib

MTN generalı və digərlərinə 835 min manatlıq iddia qaldırılıb