Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 20:05 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.9961 AZN

Azərbaycan və Türkiyə tarixçiləri Ağdamda simpozium keçirəcək

Azərbaycan və Türkiyə tarixçiləri Ağdamda simpozium keçirəcək

Azərbaycanın Ermənistan üzərində zəfəri ilə əlaqədar olaraq sentyabrın 15-18-də dövlət müstəqilliyinin 30 ilində "Azərbaycan-Türkiyə əlaqələri və beynəlxalq münasibətlər" mövzusunda beynəlxalq simpozium keçiriləcək.

Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix institutu və Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Atatürk Araşdırma Mərkəzi tərəfindən reallaşdırılacaq.

Ağdam Rayon İcra Hakimiyyəti iştirakı ilə baş tutacaq simpoziumda Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Atatürk Araşdırma Mərkəzinin rəhbərləri ilə birgə, Türkiyə və Azərbaycandan 30-dan çox tarixçi-alim iştirak edəcək.

Simpozium iştirakçıları sentyabrın 15-də Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını, sonra isə Şəhidlər xiyabanında Bakının azad edilməsinin ildönümü münasibətilə türk şəhidləri və 20 Yanvar şəhidləri abidələrini ziyarət edəcək və simpoziumun keçiriləcəyi, işğaldan azad edilmiş Ağdam rayonuna yola düşəcək.

Simpozium sentyabrın 16-da Ağdamda öz işini davam etdirəcək.

Simpoziumda "Azərbaycan Respublikasının müstəqillik dövr tarixi", "Qarabağ Zəfərinə doğru gedən prosesdə Türkiyə-Azərbaycan strateji əlaqələri", "Batum müqaviləsindən (4 iyun 1918) Şuşa Bəyannaməsinə (15 iyun 2021) Türkiyə-Azərbaycan əlaqələri" və digər mövzular üzrə məruzələr dinləniləcək.

Simpozium iştirakçılarının azad edilmiş ərazilərə səfərləri də nəzərdə tutulur.

Ən son xəbərlər

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edib

Ərdoğan Soçidə Putinlə danışıqlarda önəmli qərarlar veriləcəyinə ümid edir

Azərbaycan Ermənistana qarşı digər beynəlxalq məhkəmələrdə də vəsatət qaldıracaq

Sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunacaq

Suraxanıda avtomobil yollarının yenidən qurulmasına 6 milyon manat ayrılıb

Nobel mükafatları bu il laureatların yaşadığı ölkələrdə təqdim olunacaq

İran xarici işlər nazirinin müavini Ağdama səfər edib, Natəvanın ermənilər tərəfindən dağıdılmış məzarına baxıb

Balakən və Zaqatalada yağıntıların törətdiyi fəsadları aradan qaldırmaq üçün FHN qüvvələri və helikopter cəlb olunub

Xəzəri çirkləndirən istirahət mərkəzlərinin sahibləri cəzalandırılıb

Qırğızıstan da tədricən rus dilindən imtina edir

“YAŞAT” 9045 nəfəri öhdəliyə götürüb

Həmsədrlər Ceyhun Bayramov və Mirzoyanla görüşəcək

Ceyhun Bayramov: "Ermənistanın əsassız iddiaları bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət edir"

Ermənistanda pasport qıtlığı yaranıb

İƏT-in 15-ci Zirvə toplantısı və 25-ci Nazirlər Şurasının iclası keçiriləcək

Bakıda yarımstansiyada yanğın olub

Bakıda kəsilən ağacların yerinə yeniləri əkilib

Ukraynanın Ujqorod şəhəri Azərbaycan şəhəri ilə qardaşlaşmaq istəyir

XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində simfonik musiqisi axşamı keçirilib

MTN generalı və digərlərinə 835 min manatlıq iddia qaldırılıb