Bakı
26° Aydın hava
Bizon Time
İndi Efirdə 16:05 - 17:00 Rəfailin təqdimatında
USD - 1.7 AZN
EUR - 1.9837 AZN

Dövlət Komitəsi: qadınaşiddətəson həştəqi ilə başladılan aksiyanı dəstəkləyirik

Dövlət Komitəsi: qadınaşiddətəson həştəqi ilə başladılan aksiyanı dəstəkləyirik

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi son günlər sosial şəbəkələrdə #qadınaşiddətəson həştəqi ilə başladılan aksiyanı dəstəkləyir və bunu təqdirəlayiq hesab edir”.

Bunu açıqlamasında Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

Onun sözlərinə görə, Komitə bundan əvvəl də bu kimi kampaniyalara dəstək olub: “Biz bu aksiyaya dəstək veririk. Azərbaycan qadını hər zaman aparıcı qüvvə olub. Ona görə də hər kəs birdəfəlik beyninə həkk eləməlidir ki, qadına qarşı zorakılıq cinayətdir. Bu, qanun pozuntusudur, insan hüquqlarının pozulması deməkdir. Bu, bir aksiomadır və bunun bir fakt kimi cinayət işi olduğu hər kəs tərəfindən qəbul edilməlidir. Bu cinayəti törədənlər də məsuliyyətə cəlb olunmalıdır”.

E.Səfərov bu günlərdə qadınların zorakılığa məruz qalması hallarının aktuallaşdığını bildirib: “Məişət zəminində qadına qarşı zorakılığın forması ildən-ilə daha da qəddarlaşır. Təəsüflər olsun ki, cəmiyyətdə zorakılığı normal yanaşma kimi qəbul edənlər var və son vaxtlar bu kimi hadisələrə təəccüblənmirlər. Eyni zamanda küçədə zorakılığa məruz qalaraq bıçaqlanan qadına kömək etmək əvəzinə onu videolentə alırlar. Zorakılığa yanaşma da psixoloji məsələlərdən irəli gəlir. Qadına cəmiyyətdə münasibət dəyişməlidir. Qadın anadır, bacıdır, qızımızdır”.

Şöbə müdiri vurğulayıb ki, nikaha məcburi daxil edilmə halı da məişət zorakılığının bir növüdür: “Buradan bir sual ünvanlamaq istəyirəm ki, indiyə qədər övladını məcburi nikaha daxiletmə faktına görə hansısa valideyn azadlıqdan məhrum edilibmi? Təəssüflər olsun ki, bununla bağlı bir dənə də olsa, cinayət işi yoxdur. Ona görə də il ərzində məişət zorakılığı ilə bağlı 900-ə yaxın cinayət və inzibati iş olur. Son 7 il ərzində məişət zorakılığına məruz qalma faktı ilə bağlı 900-dək cinayət işi qeydə alınıb. Zorakılıq faktlarının 86 faizi qadına və qız uşaqlarına qarşıdır. Hesab edirəm ki, dövlət qurumları da bununla bağlı ciddi məşğul olmalıdır. Biz də bu istiqamətdə fəaliyyətimizi mütəmadi olaraq davam etdiririk”. 

Ən son xəbərlər

Azərbaycanda 101 yeni yoluxma faktı qeydə alınıb

10 ölkə COVID-19-un ikinci dalğasının başladığını elan edib

İlham Əliyev: "Əgər ermənilər bizə hücum etsələr, peşman olacaqlar"

Moskvada koronavirusla bağlı məhdudiyyətlər bərpa oluna bilər

Tank bölmələri artilleriya ilə qarşılıqlı fəaliyyətdə təlim-döyüş tapşırıqlarını icra edirlər - FOTO

Ali məktəblərə qeydiyyat başlayıb

Prezident: “İşğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır”

Azərbaycanda bu günədək koronavirusa yoluxan şagirdlərin sayı məlum olub

Son sutkada 162 nəfər COVID-19-a yoluxub

İsrail karantini sərtləşdirir

Hərbi Hava Qüvvələri gecə təlimləri keçirib

BNA: Orta məktəblərin ətrafında təhlükəsilzik tədbirləri görülür

XİN başçısı: “Gürcüstanla sərhədin delimitasiyasının üçdə ikisi başa çatdırılıb”

İlham Əliyev İsveçin ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etdi

Avropa İttifaqı Lukaşenkonu Belarusun legitim prezidenti kimi tanımaqdan imtina etdi

Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşdü

Türkiyə Prezidenti NATO-nun Baş katibi ilə telefonla danışıb

Azərbaycanda 146 yeni yoluxma faktı qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Balaxanıda - FOTO

Ramin Bayramlı: "Vaksinin kimlərə vurulması ilə bağlı strateji yol xəritəsi hazırlanır"

5 ölkə Lukaşenkonun andiçməsini TANIMADI