Bakı
11°
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8906 AZN

Paytaxta 300 yeni avtobusun gətirilməsi işləri noyabrda yekunlaşacaq

Paytaxta 300 yeni avtobusun gətirilməsi işləri noyabrda yekunlaşacaq

Bakıya 300 yeni avtobusun gətirilməsi işləri noyabrda yekunlaşacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, dövlət tərəfindən avtobus parkının yenilənməsi üzrə işlər görülür. Artıq 300 avtobusun təxminən 210-u paytaxta gətirilib. Digərlərinin də gətirilməsi istiqamətində işlər davam edir. Gətirilən avtobuslar ilin sonunadək xəttə buraxılacaq.