Bakı
17° Aydın hava
BİRİNCİ
İndi Efirdə 07:00 - 10:00 Teymur və Sevdanın təqdimatında
USD - 1.7 AZN
EUR - 1.8914 AZN

Ərdoğan: “Barış pınarı” antiterror əməliyyatı çərçivəsində 109 terrorçu zərərsizləşdirilib"

Ərdoğan: “Barış pınarı” antiterror əməliyyatı çərçivəsində 109 terrorçu zərərsizləşdirilib"

“Son 4 ildə Türkiyə sərhədləri daxilində 7 500, xaricində 8 500 olmaqla 16 min terrorçunu zərərsizləşdirmişik”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının yerli təşkilatların sədrlərinin genişləndirilmiş toplantısında deyib.

O, “Barış pınarı” (“Sülh çeşməsi”) antiterror əməliyyatının hədəfinin Suriyanın ərazi bütövülüyü və sabitliyi olduğunu vurğulayıb: “Bizim hədəfimiz terrorçu PKK/YPG-PYD qruplaşmasına qarşı mübarizədir. Sərhədimiz təhdid altındadır. Bundan başqa, ölkəmizdə 3 milyon 600 min suriyalı var. Onlar evlərinə dönmək istəyirlər. Ey Avropa İttifaqı, bizim keçirdiymiz əməliyyatı işğal adlandırsanız, qapıları açar, 3,6 milyon qaçqını buraxarıq. İndi pul sayırlar. Deyirlər ki, yardımın ikinci hissəsini göndərməyəcəklər. Biz sizdən nəsə alaraq hərəkət etməmişik. 40 milyard dollar xəcləmişik. Həyatınız yalan üzərində qurulub". 

"Bəşşar Əsəd 2011-ci ildən bəri 1 milyon vətəndaşını öldürüb. PKK/YPG-PYD-ni terror qruplaşması olaraq tanımayanlar bizim atdığımız addıma söz qoşurlar. Deyirlər ki, biz kürdlərə qarşı əməliyyat aparırıq. Ancaq Suriyanın Kobani şəhərindən 300 min kürdü Türkiyədə yerləşdirmişik. Türkiyənin İŞİD-ə qarşı mübarizəsini indiyədək hansı ərəb dövləti aparıb? Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi əməliyyatı araşdıranlar bu suala cavab versinlər. Biz cənub qonşumuzda terror dövlətinin qurulmasına imkan verməyəcəyik. Buradan NATO-ya müraciət edirəm: Biz Türkiyəyik. Onlara NATO nizamnaməsinin 5-ci maddəsini xatırladıram. Siz indiyədək NATO üzvü olan Türkiyəyə terrora qarşı mübarizəsində hansı yardımı etmisiniz? NATO-nun üzvülük haqqını ödəyən ilk 5 ölkəsindən biriyik. Siz bizi bir neçə terror dəstəsinə dəyişəcəksinizmi? Hərəkat başlayandan bəri 109 terrorçu öldürüldü. Bundan başqa, çoxlu sayda yaralı və təslim olanlar da var. Türkiyə hərbçiləri qarşısında dayana bilməyənlər qadın və uşaqlara hücum edib, onları qətlə yetirirlər. Sonra da bizim adımıza çıxırlar. Ancaq qadın, uşaq qatili sizsiniz. Biz heç bir zaman bu işləri görmədik", - deyə Türkiyə lideri vurğulayıb.

Ərdoğan çıxışında "Barış pınarı" əməliyyatını dəstəkləyən Cümhurriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası və İyi Partiyaya da təşəkkürünü bildirib. 

Ən son xəbərlər

Avropa Liqasının final matçının ev sahibi dəyişə bilər

Prezident dini qurumlara maliyyə yardımı ayırdı - SİYAHI

Azərbaycanda 48 minə yaxın doğum qeydiyyata alınıb

Bu ölkədə koronavirusa yoluxan bütün azərbaycanlılar SAĞALDI

Boris Conson Rusiyanı G7-də görmək istəmir

Sosial yardım 1 il müddətində təyin olunacaq

Dünyada daha bir milyarder artdı

Maska taxmayanların 50 manat cərimələnməsini təsdiqləndi

"Facebook"un işçiləri tətilə hazırlaşırlar

Gürcüstanda koronavirusa yoluxanların sayı 796-ya çatdı

Karantini pozan kafe sahibi cəzalandırıldı

Bu ayda 10 gün qeyri-iş günüdür

İlham Əliyev: "Biz indi Şimal-Cənub istiqamətində dəmir yolumuzun bərpa edilməsi prosesindəyik"

Tramp-Putin danışığının təfərrüatı məlum oldu

"Zoom"un dəyəri 50 milyard dolları ötdü

Dünyada koronavirusa yoluxanların sayı 6,3 milyonu ötdü

Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyi məlum olub

Bərbərxana və gözəllik salonları üçün onlayn növbə sistemi yaradılacaq

Tikinti ilə bağlı tələblərdən biri ləğv edildi

Məhərrəm ayı bu tarixdə başlayacaq

Neftçala rayon prokuroru işdən çıxarılıb