Radio Antenni bütün Azərbaycan dinləyir. Bakı, Sumqayıt, Abşeron və Şimal bölgəsində 101 Mhz, Cənub bölgəsində 100 Mhz, Gəncə, Mingəçevir, Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ, Oğuz, Qarabağ, Qərb və Aran Bölgəsində 101 Mhz, Naxçıvanda 101.6 Mhz. Dinləyin və zövq alın. Radio Antenn sevgi ilə sizin üçün.

«Non-stop» musiqi

İndi Efirdə 00:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

«Megapolis» səhər şousu

Efirdə 08:00 - 10:00
Əzizə

Xəbərlər

Efirdə 10:00 - 10:05
Əzizə

Meqapolis səhər şousu

Efirdə 10:05 - 11:00
Əzizə

Xəbərlər

Efirdə 11:00 - 11:05
Əzizə

Başbaşa...

Efirdə 11:05 - 12:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 12:00 - 12:05
Əzizə

Başbaşa...

Efirdə 12:05 - 13:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 13:00 - 13:05
Əzizə

Qadınlar klubu

Efirdə 13:05 - 14:00
Yaqut

Xəbərlər

Efirdə 14:00 - 14:05
Əzizə

Qadınlar klubu

Efirdə 14:05 - 15:00
Yaqut

Xəbərlər

Efirdə 15:00 - 15:05
Əzizə

Ledi $ Qaqa

Efirdə 15:05 - 16:00
Cavid və Vəfa

Ledi $ Qaqa

Efirdə 16:00 - 18:00
Cavid və Vəfa

Maşında

Efirdə 18:00 - 20:00

«Non-stop» musiqi

Efirdə 20:00 - 22:00

«Non-stop» musiqi

Efirdə 22:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

Bizi izləyin:

11.06.2015

Bakı 2015-də komandamız arenaya sonuncu daxil olacaq

Azərbaycan nümayəndə heyəti açılış mərasimində arenaya sonuncu daxil olacaq.

Antenn.az buro247.az saytına istinadən xəbər verir ki, bu sözləri Avropa Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva deyib.

Könül Nurullayeva idmançılarımızın hazırlığı barədə də məlumat verib:

“Komandamızın şef-de-missionu Atletlər kəndinə köçdükdən sonra idmançılarımız üçün hər cür şərait yaradılıb. İdmançılar yarış günündən asılı olaraq Atletlər kəndinə gəlməkdə davam edir. Kənddə yaşayan idmançılar Bakı-2015 Təşkilat Komitəsinin əməkdaşları tərəfindən tərtib olunan məşq prosesinə əsasən hazırlıq keçir.

Atletlər Kəndində hər bir idmançı üçün yüksək şərait var. Burada 24 saat tibbi yardım məntəqəsi var. İki yeməkxana, kinoteatr, fitnes zalı və digər vacib şərait yaradılıb".

Könül Nurullayevanın sözlərinə görə bu gün saat 18-də Atletlər Kəndində komandaları salamlama mərasimi keçiriləcək.

Digər yarışlardan fərqli olaraq ilk Avropa Oyunlarında iştirak edəcək komandalar üçün mərasim eyni zamanda baş tutacaq. Mərasimdə Atletlər Kəndinin meri Elçin Səfərov qonaqları salamlayacaq, ardınca bütün ölkələrin bayraqları qaldırılacaq.

Qaydalar əsasən yarış zamanı məğlub olan atlet 1 gün sonra kəndi tərk edəcək.

Azərbaycan idman tarixinin ən böyük nümayəndə heyətinə məhz Avropa Oyunlarında nail olacaq. 

 

Könül Nurullayevanın sözlərinə görə, yarış Bakıda keçirildiyindən hər bir idmançımız mükafatçılar sırasına düşməyə çalışacaq:

"Ölkəmiz 291 idmançıyla təmsil olunur. Böyük nəticələr qazanacağımıza inam böyükdür. Hər bir idmançı doğma meydan amilindən yararlanmalıdır. Onların hazırlıq prosesi yüksək səviyyədə olub".

Azərbaycan idmançılarının idman və parad formalarını London Olimpiadasında olduğu kimi bu dəfə də məşhur İtaliya şirkəti - "Ermanno Scervino" hazırlayıb.

Könül Nurullayeva həm idman, həm də parad formalarında milli çalarların nəzərə alındığını vurğulayıb:

"Parad formasını biz azarkeşlərə açılış mərasimində nümayiş etdirəcəyik. Formanın tərtibatında milli çalarlar, əlvan rənglərə üstünlük verilib".

 

 

Komandamızın şef-de-missionu açılış mərasimində Azərbaycan nümayəndə heyətinin arenaya sonuncu daxil olacağını bildirib:

"Qaydalara əsasən təşkilatçı ölkə paraddan sonuncu keçir. Ona görə açılış mərasimində Olimpiya Stadionuna sonuncu bizim komandamız daxil olacaq. Bütün idmançılarımız fəxri tribunanın qarşısından keçəcək".

 

Qeyd edək ki, saat 20.15-də başlayacaq ilk Avropa Oyunlarının açılış mərasimi 3 saat davam edəcək. 


Şərhlər