SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Bayram günləri bağlanacaq paytaxt küçələrinin siyahısı
Novruz Bayramı münasibətilə keçiriləcək tədbirlərlə əlaqədar Bakının bəzi küçə və yollarında nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Trend News-a verilən məlumata görə, martın 19-da saat 00:00-dan martın 20-si saat 16:00-dək paytaxtın aşağıda qeyd olunan küçə və prospektlərində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

Paytaxtın Yusif Səfərov küçəsindən başlayaraq Üzeyir Hacıbəyov küçəsi, Bülbül prospekti, sağa - Zərifə Əliyeva, sola - Rəsul Rza küçəsi, Neftçilər prospekti, Əziz Əliyev küçəsi, "Azneft" meydanı, Bakı Gəmi Təmiri Zavodunun qarşısına qədər; oradan Əl Oyunları Sarayı, Milli Park da daxil olmaqla, dəniz limanınadək qapalı dairə daxilində bütün nəqliyyat vasitələrinin hərəkəti qadağan olunacaq.

Əlavə olaraq nəqliyyatın hərəkəti Teleteatrın qarşısından Nəriman Nərimanov abidəsinə tərəf, İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Gənclər meydanı, Qoşaqala Qapısından isə "Beşmərtəbə" tərəfə dəyişdiriləcək.

Səbail meydanı tərəfdən gələn nəqliyyat vasitələri Bakı Gəmi Təmiri Zavodunun qarşısından geri qaytarılacaq.

Bayıldan Gülüstan sarayı və "qırxpilləkən" tərəfə nəqliyyatın hərəkəti dayandırılacaq. Cavanşir körpüsündən gələrək Üzeyir Hacıbəyov küçəsinə hərəkət edən nəqliyyat vasitələri yalnız sağa - Rəşid Behbudov küçəsinə istiqamətləndiriləcək.

Azadlıq, Bülbül prospektləri, Səməd Vurğun küçəsi ilə Milli Park istiqamətinə nəqliyyat vasitələri buraxılmayacaq.

Bu küçələrlə hərəkət edən nəqliyyat vasitələri Rəşid Behbudov, Füzuli və Salatın Əsgərova küçələrindən geri qaytarılacaq.



11:43 18/03 | 119 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Bayram günləri bağlanacaq paytaxt küçələrinin siyahısı | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox CƏMİYYƏT
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: CƏMİYYƏT:
Naxçıvanda iki din xadiminin ölümü ilə nəticələnən qətl hadisəsi baş verdi


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur