Futbol üzrə yığma komandamız Makedoniya millisi ilə yoldaşlıq oyunu keçirəcək.
Mayın 29-da baş tutacaq qarşılaşmada rəqibimiz olacaq yığmanın baş məşqçisi Mirsad Yonuz nəyə görə yoldaşlıq görüşündə millimizi rəqib kimi seçdiklərinə aydınlıq gətirib. “Futbol üzrə 2012-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində Ermənistanla bir qrupa düşmüşük. Biz seçmə mərhələyə hazırlıq çərçivəsində eyni regiondan olan komanda ilə görüşməyə üstünlük verdik. Bu amili nəzərə alaraq Azərbaycan komandası üzərində seçim etməyimizi doğru addım sayıram”,-deyə Mirsad Yonuz bildirib. Xatırladaq ki, Makedoniya yığması Avro 2012-nin B qrupunda Rusiya, Slovakiya, İrlandiya, Andorra və Ermənistanla bir qrupa düşüb.