SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Azərbaycan milli peykinin orbitə çıxarılması üzrə baş kontrakt yaxın günlərdə imzalanacaq
Peykin orbitə çıxarılması layihəsinin ümumi dəyəri təxminən 160 mln. ABŞ dolları təşkil edir.


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaxın günlərdə Azərbaycan milli peykinin orbitə çıxarılması layihəsi çərçivəsində “Orbital” şirkəti ilə baş kontrakt və sığorta şirkətləri ilə bir neçə köməkçi kontraktlar imzalayacaq. Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bəyan edib. Nazirin sözlərinə görə, müqavilə imzalandıqdan sonra öncədən planlaşdırıldığı kimi, peyk 2012-ci ilin iyun ayında orbitə çıxarılacaq. Qeyd edək ki, peykin orbitə çıxarılması layihəsinin ümumi dəyəri təxminən 160 mln. ABŞ dolları təşkil edir. Bu məbləğin 40 mln. dolları peykin raketdaşıyıcı vasitəsilə orbitə çıxarılması üzrə işlər üçün nəzərdə tutulub. İlk süni milli rabitə peykinin orbitə 2011-ci ilin əvvəlində çıxarılacağı gözlənilir. Azərbaycan milli peykinin Skandinaviya ölkələri istisna olmaqla Avropanı tam, Qazaxıstanın böyük hissəsini əhatə etməklə isə Asiyanın yarısını əhatə etməsini istəyir. Peyk teleradio yayım və internetlə transmissiyaya malik olacaq. Milli peykin orbitə çıxarılmasında Azərbaycana ABŞ-da yaşayan rusiyalı akademik Roald Saqdeyevin təşəbbüsü ilə yaradılmış «Silk Sat» proqramı dəstək göstərir. Proqram Böyük İpək Yolu ölkələrinin ABŞ və Rusiya resurslarını cəlb etməklə vahid peyk sisteminin yaradılmasını nəzərdə tutur. Xatırladaq ki, layihə Azərbaycan prezidentinin 2008-ci il 4 noyabr tarixli «Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında» sərəncamına müvafiq olaraq həyata keçirilir.



11:08 18/03 | 157 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Azərbaycan milli peykinin orbitə çıxarılması üzrə baş kontrakt yaxın günlərdə imzalanacaq | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox TEXNOLOGİYA
· Xəbəri göndərən: 101_Admin


Ən çox oxunan xəbər: TEXNOLOGİYA:
Hər səhv yazılan ünvan “Google”-a 500 milyon dollar qazandırır


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur