Tanınmış ispan aktyoru, Hollivud ulduzu Antonio Banderas BMT-nin İnkişaf Proqramının xoşməramlı səfiri təyin edilib.
O, yoxsulluq və aclıqla mübarizə, eləcə də ətraf mühitin qorunmasında beynəlxalq təşkilatın tapşırıqlarını yerinə yetirəcək.
Populyar artistlər, tanınmış idmançılar və digər məşhurların BMT-nin proqramlarına cəlb edilməsi təcrübəsi dünya ictimaiyyətinin diqqətini qlobal problemlərə yönəltmək məqsədini daşıyır. Antonio Banderas BMT İnkişaf Proqramının “ulduz” xoşməramlı səfirlərinin cərgəsinə qoşulacaq. Onların arasında rusiyalı tennisçi Mariya Şarapova, futbolçular Ronaldo, Zinəddin Zidan, Didye Droqba, yaponiyalı aktrisa Misako Konno və başqaları da var.
Antonio Banderas xoşməramlı səfir təyin olnmasını belə dəyərləndirib: “Yoxsulluq bizim insanlıq potensialımızı talayır və bizi əldə edə biləcəklərimizdən məhrum edir. Ona görə də bizim yoxsulluğa qalib gəlmək üçün səylərimizi səfərbər etməyimiz vacibir. Bu gün bunun üçün biliyimiz, səriştəmiz və resurslarımız var”. |