ABŞ Hökuməti Dağlığ Qarabağ münaqişəsinin həllində tezliklə irəliləyişin olacağına ümid edir.
Bunu ABŞ Dövlət Katibinin Köməkçisi Filip Qordon APA-nın Vaşinqton müxbirinə verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar istənilən halda bacardığı yardımı göstərməyə hazırdır.
“Təbii ki, ABŞ bu münaqişənin həllinə həm cəlb olunub, həm də ki, səyini cəmləşdirib. Bu münaqişənin nə zaman həll olunacağını düşünərkən, mən öz iş cədvəlimi həvəssiz tərtib edirəm, amma düşünmürəm ki, münaqişənin həllində hələlik hər hansı bir irəliləyiş var”, - deyə o bildirib.
Dövlət Katibinin Köməkçisi inanır ki, «münaqişəyə cəlb olunmuş tərəflərin arasında hər hansı bir əlaqənin olması müsbət haldır, belə əlaqələrin inkişafı isə ondan da yaxşı haldır».
ABŞ rəsmisinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi özü-özlüyündə istənilən digər məsələdən daha vacibdir, hərçənd, bu münaqişə bölgədə Enerji və Türkiyə ilə Ermənistan arasında münasibətlərin normalaşması kimi məsələlər arasında əsas məsələlərdən biri olaraq qalır.
“Amma bu üç vacib məsələ həm biri-birini dəstəkləməlidirlər, həm də ki, biri-birindən ayrılmalıdırlar. Çünki, əgər bu məsələlər biri-biri ilə qarışdırılsa, o zaman onlar daha da mürəkkəbləşəcək”, - deyə Filip Qordon qeyd edib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi təkcə Türkiyə - Ermənistan münasibətləri məsələsinə aid olduğu üçün vacib deyil, bu münaqişənin həlli həm də, bölgədə, Azərbaycan və Ermənistanın faydalanacağı, sülh və sabitliyə töhfə ola bilər.
“Bu bizim diqqət yetirdiyimiz və uğur görmək istədiyimiz bir məsələdir ”, - deyə o bəyan edib.
F.Qordon onu da qeyd vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmaqla bölgədə enerji və sülh prosesləri sürətlənəcək. |