BMT-nin baş katibi Pan Gİ Mun təşkilatda bəzi kadr dəyişiklikləri edib.
AzərTAC-ın məlumatına görə, o, ABŞ-ın keçmiş Prezidenti Bill Klintonu təhlükəsizlik məsələləri üzrə məsləhətçi, Antoni Leyki isə qurumun Uşaq Fondunun (YUNİSEF) icraçı direktoru təyin edib. YUNİSEF-in yeni rəhbəri Antoni Leyk Bill Klintonun prezidentliyi dövründə təhlükəsizlik məsələləri üzrə məsləhətçi, ABŞ-ın hazırkı Prezidenti Barak Obamanın namizədlik kampaniyasında isə xarici siyasət üzrə məsləhətçi kimi çalışıb.
BMT-nin baş katibi Pan Gi Munun qərarı ilə Leyk 2005-ci ildən YUNİSEF-in icraçı direktoru olan An Venemanı əvəz edəcək. Baş katib Haitidə zəlzələdən xilas olan yüz minlərlə evsiz insana kömək ediləcəyini də bildirib. O, dünya ictimaiyyətini haitili insanlara yardımları artırmağa çağırıb. |