Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın BBC telekanalına müsahibəsi erməniləri özündən çıxarıb.
CNNTurk-ün məlumatına görə, türkiyəli baş nazir müsahibə zamanı Türkiyədə yaşayan 100 min erməninin deportasiya oluna biləcəyi ilə bağlı İrəvana xəbərdarlıq etmişdi. Məsələyə münasibət bildirən Ermənistanın baş naziri Tiqran Sarkisyan bu cür açıqlamaların iki ölkə arasında normallaşma prosesinə müsbət təsir edə bilməyəcəyini vurğulayıb.
" Türkiyə baş nazirinin bu cür açıqlamaları nəinki iki ölkə arasındakı münasibətlərin nizamlanmasına kömək edir, hətta tez-tez "erməni soyqırımı"nı xatırlamağa məcbur edir", - deyə o vurğulayıb. |