Azərbaycanın xalq şairi Zəlimxan Yaqub bu gün əməliyyat olunub. Bu barədə APA-ya açıqlamasında şairin özü məlumat verib. Z. Yaqub budəfəki əməliyyatın yüngül keçdiyini deyib.Sümük ağrılarından əziyyət çəkən şair dünən axşamdan narahatlıq keçirdiyi üçün Mərkəzi Klinik Xəstəxanasına müraciət etdiyini və burada həkimlərin məsləhəti ilə əməliyyat olunduğunu deyib: “Ayaqlarımda sümük ağrısı var. Həkimlər pəhriz saxlamağımı məsləhət görüblər. Əməliyyat artıq başa çatıb, məni bir-iki saata evə buraxacaqlar”. Qeyd edək ki, 60 yaşlı Z. Yaqub ötən ilin sonlarında Türkiyədə böyrəyindən əməliyyat olunub. Bundan bir qədər əvvəl isə şair Almaniyada ürəyindən cərrahiyə əməliyyatı keçirib.
18:41 17/03 | 95 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Xalq şairi Zəlimxan Yaqub bu gün əməliyyat olunub | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun