“Erməni soyqırımı” layihəsi Konqresin gündəliyinə salınmayacaq
Obama administrasiyası bununla bağlı Nümayəndələr Palatası ilə razılığa gəlib
Barak Obama administrasiyası qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə layihəsinin Konqresin gündəliyinə salınmaması ilə bağlı Nümayəndələr Palatası ilə razılığa gələ bilib. Respublikaçı konqresmen Corc Radanoviç “Amerikanın səsi” radiosunun rus redaksiyasına müsahibəsində bildirib ki, hazırda 252 saylı qətnamə layihəsinin Konqresin gündəliyinə daxil ediləcəyini söyləmək üçün heç bir əsas yoxdur: “Bildiyim qədər Obama administrasiyası erməni soyqırımı ilə bağlı qətnamə layihəsinin Konqresin gündəliyinə salınmaması ilə bağlı Nümayəndələr Palatası ilə razılığa gələ bilib. Bununla belə Birləşmiş Ştatların erməni icması qətnamənin qəbulu üçün təzyiqləri davam etdirməlidir. Gec-tez bu qətnamə layihəsi Konqresdə müzakirə olunacaq”. Konqresinin bu qətnamə layihəsini qəbul etməsinin Türkiyə-ABŞ münasibətlərinə təsirini dəyərləndirən Radanoviç bildirib ki, bu münasibətlərdə müəyyən böhran yaranacaq, amma zaman keçdikcə hər şey yoluna düşəcək: “Türklər inciyəcək, 3 ay küsülü qalacaqlar, amma sonra hər şey öz əvvəlki məcrasına dönəcək. Çünki hər iki ölkənin bir-birinə ehtiyacı var. Bu elə bir məsələ deyil ki, bundan ötrü münasibətləri korlayasan”.
18:09 17/03 | 43 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
“Erməni soyqırımı” layihəsi Konqresin gündəliyinə salınmayacaq | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun