Rumıniyanın xarici işlər naziri Azərbaycana rəsmi səfərə gəlir
Rumıniyanın xarici işlər naziri Teodor Bakonski martın 18-də Azərbaycana rəsmi səfərə gələcək.Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Antenn.az-a verilən məlumata görə, səfər çərçivəsində T. Bakonskinin həmkarı Elmar Məmmədyarov, baş nazir Artur Rasi-zadə və Milli Məclisin sədri Oqtay Əsədovla görüşləri nəzərdə tutulub.
Görüşlər zamanı ikitərəfli münasibətlərin cari vəziyyəti, ölkələr arasında əməkdaşlığın perspektiv istiqamətləri, regional və digər məsələlər müzakirə olunacaq.
15:54 17/03 | 72 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Rumıniyanın xarici işlər naziri Azərbaycana rəsmi səfərə gəlir | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun