Elxan Poluxov: “Danışıqlarda tərəf kimi qondarma Dağlıq Qarabağ rəhbərliyi ilə müzakirələrin aparılması ATƏT-in Minsk Qrupunun formatına tamamilə ziddir”
Rəsmi Bakı Ermənistan xarici işlər nazirinin qondarma rejimin danışıqlar prosesinə qoşulması haqda Parisdə verdiyi bəyanatını qeyri-ciddi adlandırır. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxovun verdiyi məlumata görə, danışıqlarda tərəf kimi qondarma Dağlıq Qarabağ rəhbərliyi ilə müzakirələrin aparılması ATƏT-in Minsk Qrupunun formatına tamamilə ziddir. “ATƏT-in Minsk Qrupunun əsasnaməsinə görə, danışıqlarda tərəf kimi yalnız Ermənistan və Azərbaycan iştirak edir. Dağlıq Qarabağın erməni və azərbaycanlı icması isə bu prosesdə yalnız maraqlı tərəf statusundadır. Əgər münaqişənin nizamlanması üzrə bu format beynəlxalq ictimaiyyət tərəfindən məqbul sayılırsa, erməni tərəfi də bununla barışmalıdır”, - deyə Poluxov bildirib. Xatırladaq ki, dünən Parisdə səfərdə olan Ermənistan xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşü zamanı danışıqlarda separatçı Dağlıq Qarabağ Respublikasının da iştirakı məsələsinə toxunub. Nalbandyan qeyd edib ki, münaqişənin sözügedən separatçıların iştirakı olmadan həlli mümkünsüzdür.
15:44 17/03 | 43 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Elxan Poluxov: “Danışıqlarda tərəf kimi qondarma Dağlıq Qarabağ rəhbərliyi ilə müzakirələrin aparılması ATƏT-in Minsk Qrupunun formatına tamamilə ziddir” | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun