İnsan bədəni məlumatların ötürülməsində istifadə olunacaq
Koreya Universitetinin (Korea University) alimləri məlumat ötürmək üçün insan bədənindən istifadə ediblər.
Saniyədə 10 meqabit sürəti ilə məlumatlar insan əlinə implantasiya edilmiş bir elektroddan 30 santimetrlik məsafədə yerləşən digərinə ötürülüb. İmplantasiya edilən nazik ötürücü-elektrodlar “Bluetooth” simsiz kannaları, xüsusən də “WiFi” rabitəsindən xeyli daha az enerji sərf edirlər. Məlumat ötürülməsi üçün alimlər kiçik tezlikli elektromaqnit dalğalardan istifadə ediblər. Yeni rabitə üsulunun tibdə geniş tətbiq olunacağı gözlənilir. Xüsusən də yeni üsulla qanda şəkər səviyyəsi və ürəyin elektrik fəallığı kimi vacib göstəriciləri stasionardan kənarda izləmək mümkün olacaq. Yeni texnologiyanın ideyası 5 il bundan əvvəl təqdim edilib, lakin onu tam reallaşdırmaq yalnız indi mümkün olub.
11:54 17/03 | 93 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
İnsan bədəni məlumatların ötürülməsində istifadə olunacaq | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun