SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

TEXNOLOGİYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

  
Bakıda ağır yol qəzası baş verib-“Bakıelektrikşəbəkə”nin 2 əməkdaşı ölüb, 1-i xəsarət alıb
Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində 2 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.




APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, qəzada ölənlər “Bakıelektrikşəbəkə” ASC-nin əməkdaşlarıdır. 10 EK 707 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomobil Bakı-Astara yolunun 30-cu kilometrliyində, Sahil qəsəbəsi ərazisində təmir işlər aparan “Bakıelektrikşəbəkə” ASC-nin üç əməkdaşını vurub. Onlardan ikisi hadisə yerində dünyasını dəyişib, biri isə xəsarət alıb. 10 OZ 544 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil isə arxadan qəza vəziyyətini törədən “VAZ-2107”-yə çırpılıb. “Mercedes”də olan sərnişinlərdən biri də yüngül xəsarət alıb.

Məlumata görə, “VAZ 2107” markalı avtomobil yola aşıb və nəticədə yolda hərəkət dayanıb.
11:40 17/03 | 49 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Bakıda ağır yol qəzası baş verib-“Bakıelektrikşəbəkə”nin 2 əməkdaşı ölüb, 1-i xəsarət alıb | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox CƏMİYYƏT
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: CƏMİYYƏT:
Naxçıvanda iki din xadiminin ölümü ilə nəticələnən qətl hadisəsi baş verdi


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur