Fransanın Nitse şəhərində “Amber-2010” turnirinin dördüncü turunun oyunları keçirilib.
Azərbaycanlı qrossmeyster Vüqar Həşimov ukraynalı Ruslan Ponomoryovla qarşılaşıb. Sürətlə şahmatda həmyerlimiz üstün olub. Taxtaya baxmadan keçirilən oyundan isə tərəflər sülhlə ayrılıblar.
Dördüncü turun digər nəticələri:
Boris Helfand (İsrail rejimi) - Vladimir Kramnik (Rusiya) 2:0 (taxtaya baxmadan 1:0)
Aleksandr Qrişşuk (Rusiya) - Linyer Dominges (Kuba) 2:0 (1:0)