BMT Baş katibi Pan Gi Mun martın 17-də Rusiyaya səfərə gələcək.
Səfər çərçivəsində onun Rusiya rəhbərliyi ilə görüşləri, həmçinin Yaxın Şərq «kvarteti»nin (Rusiya, ABŞ, BMT, AB) iclasında iştirakı planlaşdırılır.
Bundan əlavə BMT Baş katibi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllim-tələbə heyətinin qarşısında çıxış edəcək. Ona ali məktəbin doktoru dərəcəsinin verilməsi də nəzərdə tutulur. Həmçinin Pan Gi Mun Rusiya işgüzar və elmi dairələrinin nümayəndələri ilə də görüşmək fikrindədir. |