| R.Ərdoğan: "Sabah lazım gəlsə, 100 mininə də “haydı, öz ölkənizə gedin” deyib, deportasiya edəcəyik" |
|
“Ermənistanla əlaqədar proseslərdə problem bizim yox, Ermənistanındır. İndi Ermənistanın çox əhəmiyyətli bir qərar verməsinə ehtiyac var.
Hazırda bu ölkənin diasporun təsirindən qurtarmasına ehtiyac var. Əgər başda Amerika, Fransa, Rusiya olmaqla Ermənistanı sevən ölkələr varsa, onların bu dövləti diasporun təzyiqindən qurtarmalarına ehtiyac var”.
Bunu BBC-nin Türk xidmətinə müsahibəsində Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan deyib.
Ərdoğan deyib ki, qondarma “erməni soyqırımı” ilə bağlı qərar layihəsinin ayrı-ayrı ölkələrdə qəbul edilməsinin Ermənistanla Türkiyə arasındakı münasibətlərə dəxli yoxdu: “ Bu ölkələrin Ermənistanla nə əlaqəsi var, bunlara bu vəzifəni kim verib? Haradan çıxarırlar özlərinə bu vəzifəni? Burada əgər tərəf olan ölkə varsa, bu da Türkiyə ilə Ermənistandır. Onlar çıxardıqları qərarlarla şou düzəldirlər və erməni xalqına zərər verirlər. Düzəlməsi gözlənilən məsələləri mümkünsüz edirlər”.
Ərdoğan hazırda Türkiyədə 170 min erməninin yaşadığını da deyib:
“Bunlardan 70 min nəfəri mənim vətəndaşımdır. Amma 100 minini biz indi yola veririk. Biz sabah nə edəcəyik, lazım gəlsə, 100 mininə də “haydı, öz ölkənizə gedin” deyib, deportasiya edəcəyik. Bunu edəcəyik. Niyə? Onlar bizim vətəndaşımız olmadığından, ölkəmdə saxlamaq məcburiyyətində də deyiləm. Baş verənlər bizim indiyə kimi göstərdiyimiz xoş mərama mənfi təsir edir, amma deyəsən bu edənlər neylədiklərinin fərqində deyillər ”. | 08:31 17/03 | 33 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et |
|
| R.Ərdoğan: "Sabah lazım gəlsə, 100 mininə də “haydı, öz ölkənizə gedin” deyib, deportasiya edəcəyik" | Hesab Aç/Yarad | 0 şərh | | Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq. |
|
|
|
|
|
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun |
|
|
|
|
| |
Ortalama Xal: 0 Toplam Səs: 0
|
|