ABŞ səfirliyi azərbaycanlı tələbələrdən üzr istədi
ABŞ-ın Azərbaycandakı səfirliyi Dövlət Departamentinin ölkədə narkotiklərlə əlaqədar vəziyyət barədə yanlış hesabatına görə üzr istəyib.
"Mən Dövlət Departamentinin hesabatına görə Azərbaycan cəmiyyətindən və tələbələrdən üzr istəyirəm. ABŞ hökuməti çox işləyir və bəzən səhv edə bilər", - deyə ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Terri Devidson çərşənbə axşamı jurnalistlərə bildirib. Onun sözlərinə görə, Azərbaycanın ali məktəblərində təhsil alan narkoman tələbələrin sayı hesabatda şişirdilib: "Mən Dövlət Departamentinin nümayəndəsi ilə hesabata dəyişikliklərin zəruriliyi barədə söhbət etdim. Dəyişikliyin nə zaman olunacağını bilmirəm, amma bu, baş verəcək". Devidson bildirib ki, ABŞ dünyanın bir çox ölkəsi ilə bağlı belə hesabatlar hazırlayır, çünki narkomaniya müasir dövrün ən böyük problemidir. "Biz başa düşürük ki, ABŞ-da narkotik problemi Azərbaycanda olduğundan daha irimiqyaslıdır. Biz etiraf edirik ki, səhv etmişik, lakin ən əsası odur ki, narkomaniyanın ciddi problem olaraq qaldığı Azərbaycanla işləyirik", - deyə Devidson vurğulayıb. Qeyd edək ki, azərbaycanlı tələbələr ABŞ səfirliyinin qarşısında etiraz aksiyası keçirib. 100-ə yaxın tələbə ABŞ Dövlət Departamentinin "Narkotiklərə nəzarət strategiyası-2010" adlı hesabatına öz etirazını bildirib. Dövlət Departamentinin martın 2-də yaydığı hesabatda deyilirdi ki, Azərbaycanda tələbələrin 30-35 faizi narkomandır.
20:17 16/03 | 92 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
ABŞ səfirliyi azərbaycanlı tələbələrdən üzr istədi | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun