Ermənistanın müxalifətçi Erməni Milli Konqresinin təşkilatçılığı ilə bu gün Irevanın mərkəzində yürüş-mitinq keçirilib.
«Armenia Today»ın məlumatına görə, müxalifət tərəfdarlarından ibarət kütlə paytaxtın mərkəzi küçəsi ilə yürüş edərək, Avropa Şurasının İrəvan ofisinin qarşısına doğru irəliləyib. Məqsəd EMK-nin lideri, sabiq prezident Levon Ter-Petrosyanın məktubunu avropalı diplomatlara təqdim etmək olub. Məktub Avropa Şurasının baş katibinə ünvanlanıb. EMK-nin koordinatoru Levon Zurabyan bildirib ki, Avropa Şurası Parlament Assambleyasının monitorinq qrupu Ermənistan hakimiyyəti qarşısında islahatlar proqramının icrası vəzifəsini qoysa da, ötən 2 il ərzində bu istiqamətdə heç bir iş görülməyib. Müxalifətin tələbləri arasında bu öhdəliyə əməl edilməsi ilə yanaşı, növbədənkənar seçkinin keçirilməsi, siyasi məhbusların azad edilməsi, həmçinin «A1+» telekanalının açılması da var.
18:22 16/03 | 45 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
İrəvanın mərkəzində yürüş-mitinq keçirildi | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun