ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Azərbaycan hökumət orqanlarına izahat verdi
Fransanın Azərbaycandakı səfirliyi ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasienin İrəvanda çıxışı ilə bağlı rəsmi məlumat yayıb.
Səfirlikdən bildirilib: “Səfir Bernar Fasie NATO Parlament Assambleyasının nümayəndələri qarşısında çıxışı fransızca edib və onların suallarına həmin dildə cavab verib. Onun sözləri ardıcıl olaraq bir neçə dilə tərcümə edilib. Səfir Fasie tərcümə zamanı təhrif edilmiş sözləri barəsində bəzi erməni, yaxud azərbaycanlı jurnalistlərin şərhlərini rəsmi təkzib edir. Səfir Fasie hər iki ölkənin hökumət orqanlarına artıq lazımi izahatı verib və bu onları qane edib”. Xatırladaq ki, Ermənistan mətbuatı Fasienin adından bu sözləri yazıb: “Müharibə başlasa, Azərbaycan qələbə qazana bilməz, mən Ermənistan v Qarabağ döyüşçülərinin mərdliyinə bələdəm”.
17:46 16/03 | 84 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Azərbaycan hökumət orqanlarına izahat verdi | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun