Azərbaycanla bağlı məruzənin müzakirəsi təxirə salındı
Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin iclasında Azərbaycanla bağlı hazırlanmış məruzənin müzakirəsi təxirə salınıb.
Bu barədə Yeni Azərbaycan Partiyasının saytına açıqlamasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib. S. Seyidov bildirib ki, həmməruzəçilərin Azərbaycanla bağlı hazırladığı hesabatın aprel ayında müzakirə edilməsi qərara alınıb. Onun sözlərinə görə, təşkilatın Bürosunun və Daimi komitəsinin iclasında Azərbaycanla əlaqədar hər hansı müzakirə aparılmayıb. Qeyd edək ki, AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Qross və Cozef Debono Qrexin hazırlayacaqları hesabatın Monitorinq Komitəsinin martın 17-də keçiriləcək iclasında müzakirəyə çıxarılması nəzərdə tutulurdu.
17:30 16/03 | 42 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Azərbaycanla bağlı məruzənin müzakirəsi təxirə salındı | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun