SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Tomas Mirounun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 


Dövlətimizin başçısı ölkəmizin Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əlaqələrinin inkişafından məmnunluğunu bildirib. Prezident İlham Əliyev bu təşkilatla bir sıra uğurlu layihələrin həyata keçirildiyini vurğulayıb. Ötən il dünyada baş verən maliyyə böhranına baxmayaraq əməkdaşlığımızın davam etdiyini qeyd edən Prezident İlham Əliyev dövlət strukturları ilə yanaşı, özəl sektorda da birgə layihələrin maliyyələşdirilməsini müsbət hal kimi dəyərləndirib. Dövlətimizin başçısı Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Tomas Mirounun ölkəmizə səfərinin əməkdaşlığımızın gələcəkdə daha da genişlənəcəyi işinə xidmət edəcəyinə əminliyini bildirib. Tomas Mirou Avropa Yenidənqurma və İnkişaf Bankının ölkəmizlə əməkdaşlığa sadiq olduğunu qeyd edib. Ötən il Qaradağ sement zavoduna qoyulan sərmayənin özəl sektora ən böyük investisiya yatırımlarından biri olduğunu deyən Tomas Mirou rəhbərlik etdiyi bankın, həmçinin Azərbaycanın bank sektoru ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini bildirib. O, Avropa Yenidənqurma və İnkişaf Bankının ölkəmizin enerji sektorunda əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu da vurğulayıb.




16:05 16/03 | 126 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentini qəbul etdi | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox SİYASƏT
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: SİYASƏT:
Anjey Kaspşikin mandatı uzadılıb


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur