Avropanın Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Fyule Azərbaycana gələcək
Avropa İttifaqının genişlənmə məsələləri və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Fyule gələn ay Azərbaycana səfər edəcək.
Onun Ermənistan və Gürcüstana da səfəri planlaşdırılır. Səfər zamanı Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə ikitərəfli münasibətləri, həmçinin “Şərq Tərəfdaşlığı” proqramı müzakirə olunacaq. Hazırda səfər proqramı hazırlıq mərhələsindədir. Xatırladaq ki, bu, Ştefan Fyulenin Avropa İttifaqının genişlənmə məsələləri və Avropa Qonşuluq Siyasəti üzrə komissarı statusunda regiona ilk səfəridir.
15:27 16/03 | 130 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Avropanın Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Fyule Azərbaycana gələcək | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun