SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
"Eurovision"-nun formatında bəzi dəyişikliklər ediləcək
Dəyişikliklərin artıq Norveçdə tətbiq ediləcəyi istisna edilmir.

Məlum olduğu kimi, 55-ci “Eurovision-2010” Mahnı Müsabiqəsi mayın 25-dən 29-dək Norveçin paytaxtı Osloda keçiriləcək. Bu ölkəyə qələbəni “Eurovision-2009”un norveçli iştirakçısı Aleksandr Rıbak gətirib. Müsabiqə Şimali Avropanın nəhəng qapalı idman – konsert kompleksi “Telenor Arena”da keçiriləcək. Skandinaviyanın ən nəhəng idman kompleksinin 23 mindən artıq tamaşaçı qəbul etmək imkanı var. Müsabiqənin nümayişinin təşkilatçısı NRK kanalı olacaq. “Eurovision-2010” Mahnı Müsabiqəsinin aparıcıları Norveçin məhşur teleaparıcıları Erik Solbakken və Haddi Hyijen olacaqlar. Eurovision.tv-nin məlumatına əsasən, Avropa Yayım Şurası müsabiqənin formatında bəzi dəyişikliklər planlaşdırıb. Dəyişikliklərin artıq Norveçdə tətbiq ediləcəyi istisna edilmir. Belə ki, əvvəllər ancaq bütün iştirakçıların çıxışından sonra 15 dəqiqə ərzində səsvermə mümkün idisə, dəyişikliklərə əsasən, bu dəfə tamaşaçılar bütün mahnılar ifa edildikdən sonra deyil, müsabiqənin nümayişinin tam gedişatında səs verə biləcəklər. Bunun xaricində isə canlı orkestrin minus-fonoqrama ilə əvəz olunmasının qadağan olunub-olunmayacağı müzakirə olunacaq. Teleprodüsser və "Eurovision”un icraçı direktoru Svante Stockselius bildirib ki, müsabiqənin yarımfinal mərhələlərində iştirakçıların ümumi balları tamaşaçı səsləri və peşəkar münsiflər heyyətinin verdiyi qiymətlərlə hesablanacaq. Qeyd edək ki, ötən il belə qiymətləndirmə yalnız finalda tətbiq edilmişdi. Belə olduqda isə münsiflər heyyəti mahnıları bir neçə dəfə dinləyə biləcək və onlarla daha dərindən tanış ola biləcək. Bu cür yeniliklər bütün tamaşaçı səslərinin nəzərə alınması və bəzi ölkələrin səslərinin qısa müddət ərzində hesablanmasının texniki cəhətdən mümkün olması ilə izah edilir. Norveç müsabiqəyə 17 milyon avro xərcləməyi planlaşdırıb.



15:23 16/03 | 147 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
"Eurovision"-nun formatında bəzi dəyişikliklər ediləcək | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox ŞOU-BİZNES
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: ŞOU-BİZNES:
Pamela Andersonun donu əynindən sürüşüb!


Xəbər Səsverməsi
Ortalama Xal: 3
Toplam Səs: 1


Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur