ATƏT-in maşınları bataqlığa düşdüyündən, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq baş tutmadı
ATƏT- in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Azərbaycanın Ağdam rayonunun Təzəkənd kəndinin cənub istiqamətindəki təmas xəttində nəzərdə tutulan monitorinq baş tutmayıb.
Bu barədə çərşənbə axşamı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib. "ATƏT nümayəndələrini aparan nəqdliyyat vasitələri həmin ərazidə bataqlığa düşüb. Yerli əhalinin, texnikanın köməyi ilə maşınlar bataqlıqdan çıxarılıb. Nəticədə monitorinq baş tutmayıb", - məlumatda deyilir. Monitorinq keçirilməzdən əvvəl Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən sözügedən ərazinin əlverişsiz, bataqlıq sahə olduğu ATƏT nümayəndələrinin nəzərinə çatdırılıb. Lakin onlar təkidlə məhz Ağdam rayonunun Təzəkənd kəndinin cənub istiqamətindəki təmas xəttində monitorinq keçirmək istədiklərini bildiriblər. Bu təkiddən sonra monitorinqə icazə verilib.
15:17 16/03 | 28 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
ATƏT-in maşınları bataqlığa düşdüyündən, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq baş tutmadı | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun