SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

TEXNOLOGİYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

  
Edvard Nalbandyan: "Türkiyə tezliklə protokolları ratifikasiya etməlidir"
Bu gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Parisdə həmsədrlərlə görüşəcəyi və rəsmi İrəvanın yenilənmiş Madrid təkliflərinə münasibətini açıqlayacağı gözlənilir.

Bundan əvvəl isə o, Almaniyada bu ölkənin xarici işlər naziri Qido Vestervelle ilə görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və Türkiyə-Ermənistan münasibətləri, eləcə də protokolların ratifikasiyası məsələsi müzakirə olunub.

Almaniyalı nazir Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in xarici işlər nazirlərinin 2008-ci il Helsinki və 2009-cu il Afinada verdiyi bəyanata uyğun olaraq sülh yolu ilə həllini rəhbər tutduğunu deyib. Türkiyə- Ermənistan münasibətlərinə toxunan Qido Vestervelle bu tarixi imkanın əldən verilməməsi üçün tərəflərin səylə çalışacağını bildirib.

Nalbandyan deyib ki, Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq istəyirsə, protokolları tezliklə ratifikasiya etməlidir. Almaniyanın xarici siyasət üzrə şurasında çıxış edən erməni nazir bildirib ki, Türkiyə ratifikasiya məsələsində heç bir şərt irəli sürməməlidir. Nalbandyan həmçinin Almaniya kanslerinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə köməkçisi Kristof Xoyqsen və Bundestaqın xarici məsələləri üzrə komissiyasının sədri Ruprext Polenslə görüşüb.
14:32 16/03 | 106 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Edvard Nalbandyan: "Türkiyə tezliklə protokolları ratifikasiya etməlidir" | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox DÜNYA
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: DÜNYA:
Abdullah Gül İsrailə axşamadək vaxt verdi


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur