SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
"Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlıq zədələnib”
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ABŞ və İsveçdə uydurma “erməni soyqırımı” haqqında qərarların qəbulu ilə əlaqədar Böyük Millət Məclisinin (TBMM) Xarici İşlər Komissiyasında çıxış edib.

Türkiyənin Akşam” qəzetinin verdiyi xəbərə görə, martın 15-də keçirilən qapalı toplantıya ölkənin ABŞ və İsveçdəki səfirləri Namiq Tan və Zərgün Korutürk də qatılıb. Səfirlər 3 saatlıq toplantıda ABŞ və İsveçdə qəbul olunmuş qərarlar barədə millət vəkillərini məlumatlandırıblar.

Komissiyanın müxalifətdən olan üzvləri hökumətin Ermənistan siyasətini tənqid ediblər. Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan sabiq diplomat Dəniz Bölükbaşı ABŞ Nümayəndələr Palatasının müvafiq komitəsinin qərarından sonra Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolların öz mənasını itirdiyini, bu səbəblə sənədlərin parlamentdən geri götürülməsini istəyib. Eyni partiyadan olan Tunca Toskay da Ermənistanla normallaşma prosesi başladıqdan indiyədək heç bir müsbət hadisənin baş vermədiyini söyləyib: “Ermənistan bizim şərq vilayətlərimizə hələ də Qərbi Ermənistan deyir, “soyqırım” məsələsində israrını davam etdirir. O zaman bu proses hansı işə yarayıb? Əksinə, Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlıq zədələnib”.

Cümhuriyyət Xalq Partiyasından (CHP) olan üzvlər isə Türkiyədə qeyri-leqal yaşayan və çalışan Ermənistan vətəndaşlarının deportasiyasını tələb ediblər. Lakin nazir Ə. Davudoğlu müxalifətin təklifləri ilə razılaşmayıb. O, Ermənistanla başlayan normallaşma prosesinin uğurla davam etdiyini və bu ölkəyə qarşı sanksiya tətbiq etmək istəmədiklərini vurğulayıb: “Protokolların geri götürülməsi nəticə verməz”. Ə. Davudoğlu hesab edir ki, protokollar uydurma “soyqırım” iddialarına qarşı tormozlayıcı rol oynayır.



13:00 16/03 | 108 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
"Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlıq zədələnib” | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox SİYASƏT
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: SİYASƏT:
Anjey Kaspşikin mandatı uzadılıb


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur