Moskva və bütün Rusiyanın patriarxı Kirill bu gün İrəvana üçgünlük səfərə gedəcək.
Səfər erməni katalikosu İkinci Qareginin dəvəti ilə həyata keçirilir.
Patriarx Kirill İrəvanda Ermənistan hakimiyyətinin nümayəndələri, ruslar, İrəvan Dövlət Unirversitetinin tələbələri ilə görüşəcək, rus pravoslav kilsəsinin yeni məbədinin təməlqoyma mərasimində iştirak edəcək.
Patriarx Kirill İrəvandakı “Zvartnots” hava limanından Eçmiədzin kilsəsinə gedəcək. Martın 17-də onun Ermənistan prezidenti Serj Sarkisyanla görüşü nəzərdə tutulur. |