İdmançılarımız güllə atıcılığı üzrə “Kipr Qran-pri” yarışlarına qatılacaqlar
Gənclər və yaşlı idmançılar arasında keçiriləcək yarışlarda dubl-trap, skit və trap üzrə mükafatlar uğrunda mübarizə aparılacaq.
Martın 22-də Nikosiya şəhərində güllə atıcılığı üzrə “Kipr Qran-pri” beynəlxalq yarışları başlanacaq. Gənclər və yaşlı idmançılar arasında keçiriləcək yarışlarda dubl-trap, skit və trap üzrə mükafatlar uğrunda mübarizə aparılacaq. Azərbaycanı həmin mötəbər yarışlarda Elvin İsmayılov, Regina Meftəhəddinova, Emin Cəfərov, İnqilab Şahbazov, Nurlanə Cəfərova, Xanhüseyn Bağırov, Mehman Novruzov və Elçin Babayev təmsil edəcəklər. Yarışlara dünyanın 20-dən çox ölkəsindən idmançılar qatılacaq. Azərbaycan yığma komandası hazırda Kiprdə təlim-məşq toplanışındadır.
11:49 16/03 | 73 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
İdmançılarımız güllə atıcılığı üzrə “Kipr Qran-pri” yarışlarına qatılacaqlar | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun