Mobil telefon, mediarleyer və ya televizor kimi istifadə olunan yeni bir qurğu
“Qualcomm” şirkəti üç sensor ekranla təchiz olunan qatlanan planşet kompüter üzərində işləyir.
Açılma istiqamətindən asılı olaraq yeni qurğunu mobil telefon, mediapleyer və ya televizor kimi istifadə etmək olar. Yeni mobil qurğu ABŞ Patent Bürosuna (USPTO) təqdim olunmuş patent ərizəsində qeyd olunub. İnterfeysi avtomatik sürətdə dəyişiləcək planşet istifadəçilər tərəfindən çox tələb olunan bir neçə funksiyaları özündə birləşdirəcək. Açılmış qaydada üç ekran özündə televizoru, bağlanmış formada isə sensor ekranlı mobil telefonu əks etdirəcək. Planşet həmçinin səsli saat və əlavələrlə işləmək üçün mobil kompüter kimi də istifadə oluna biləcək. Belə vəziyyətdə ekranlardan biri müəyyən mövqedə sensor klaviatura rolunu oynayacaq. “Qualcomm”un patent ərizəsində yeni planşetin texniki xüsusiyyətləri barədə hər hansı bir məlumat yoxdur.
11:18 16/03 | 157 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Mobil telefon, mediarleyer və ya televizor kimi istifadə olunan yeni bir qurğu | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun