SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Daha bir sərnişin özünü qatarın altına atdı
Ötən gün saat 22.20 radələrində Bakı metropoliteninin “Məşədi Əzizbəyov” stansiyasında 39 yaşlı sərnişin özünü hərəkətdə olan qatarın altına atıb.



Sərnişin hadisə yerində dünyasını dəyişib. Şəxsiyyəti istintaq tərəfindən araşdırılan naməlum kişi meyidinin reyslərin arasından çıxarılması bir müddət qatarların hərəkətində fasilə yaradıb. Belə ki, relslərdə yüksək gərginlikli elektrik xətlərinin olması səbəbindən meyidi düşdüyü yerdən çıxartmaq üçün bir müddət stansiyalara cərayanın verilişi dayandırılıb. Saat təqribən 22:40 radələrində isə meyid reyslərin arasından çıxarılıb və bundan sonra qatarların hərəkəti tam bərpa olunaraq, sərnişinlər mənzil başına çatdırılıb.

Bakı metropoliteninin rəisi Tağı Əhmədov bildirib ki, meyitin relslərin arasından çıxarılması ilə əlaqədar metro qatarlarının hərkətində 20 dəqiqəlik fasilə yaranıb. Meyit çıxarıldıqdan sonra qatarların hərəkəti bərpa olunub.

Hadisə yerinə Bakı metropoliteni Polis İdarəsinin və Nizami rayon prokurorluğunun əməkdaşları cəlb olunublar. Meyid müvafiq ekspertizalardan keçirilib. Hadisənin səbəblərinin araşdırlması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Qeydə alınmış hadisənin hansı şəraitdə meydana gəldiyinin müəyyənləşdirilməsi üçün “Məşədi Əzizbəyov” stansiyasında quraşdırılmış müşahidə kameralarının da izlənilməsi nəzərdə tutulur. Fakt üzrə Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin müafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.



09:37 16/03 | 113 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Daha bir sərnişin özünü qatarın altına atdı | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox CƏMİYYƏT
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: CƏMİYYƏT:
Naxçıvanda iki din xadiminin ölümü ilə nəticələnən qətl hadisəsi baş verdi


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur