ABŞ-ın "Northwestern" Universitetinin alimləri jurnalist robot hazırlayıb.
Robota gərəkli məlumatlar verildikdə, o, idman xəbərləri yaza biləcək. Ancaq hələlik çox işdən çəkinməyən və maaşdan narazı olmayan "Stats Monkey" adlı robot, təkcə beysbol xəbərləri yazır. Robotun hazırlanmasında süni zəka mütəxəssiləri və münhəndislə yanaşı idman jurnalisti də iştirak edib. Mütəxəssislər gələcəkdə oyunçuların adı və matçların nəticələri daxil edildikdə, öncədən yüklənmiş terminlərin köməyi ilə robotun başqa xəbərlər də yaza biləcəyini bildirib.
11:42 13/03 | 168 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et